EdTech AZ texnologiyanın məktəbin və onun müəlliminin və inzibati heyətinin fəaliyyətindəki rolunun hər bir sahəsini əhatə edən konsultasiya və məsləhət xidmətini təqdim edir. Bizim konsultasiya xidmətimizə daxildir:
Texnologiyadan təhsildə məqsədyönlü istifadə
Akademik biliklər üçün texnologiyadan istifadə
21 əsr bacarıqları üçün texnologiyadan istifadə
Məktəbin internet şəbəkəsi
Məktəbin məlumat bazası sistemləri
Məktəblərdə texnologiyalardan istifadənin ən yaxşı təcrübələri
Məktəblərdə bulud texnologiyaları
Müasir texnologiyanın trendləri : Robototexnika, Proqramlaşdırma, STEAM, MakerSpace, Süni intellekt, Rəqəmsal vətəndaşlıq, AR&VR
Planlaşdırma və büdcə
Məktəblərin təhsildə texnologiyanın tətbiqi ilə bağlı buraxdığı ən böyük səhv, bir çox halda kifayət qədər planlaşdırmadan və mövcud vəziyyəti araşdırmadan hər hansısa bir proqramlardan və ya qurğulardan istifadəyə başlamaqdır. Təhsil müəssisələri üçün mövcud vəziyyəti və imkanları qiymətləndirmək və araşdırmaq, hər hansısa bir layihəni tətbiq etməzdən əvvəl və Təhsil Texnologiyası ilə əlaqəli hər hansı bir məsələni strateji planlaşdırmaq çox vacibdir. Bu səbəbdən İT konsultasiya xidmətimizdən sizləri faydalanmağa dəvət edirik. Bizim üstünlüklərimiz:
- Məktəb mövcud İT sisteminin güclü sahələrini və ehtiyaclarının müəyyənləşdirilməsi
- Mövcud ehtiyacları təmin etmək və uzunmüddətli istifadə imkanı yaratmaq üçün strateji planın, yol xəritəsinin və sənədlərin hazırlanması
- Nəzərdə tutulmuş layihəni icra etmək üçün büdcə sənədinin hazırlanması
- Layihənin icrası zamanı və ondan sonrakı müddət ərzində daimi dəstəyin verilməsi və layihənin icrasında bir başa iştirak