Cəfər Cabbarlı 46, Deluxe Plaza

Günümüzdə uşaqların mobil qurğulardan, kompüterlərdən, planşetlərdən istifadə edərək, ekran qarşısında həddindən çox vaxt keçirməsi bütün valideynlər üçün aktual problemlərdən biridir. Uşaqların həddindən çox mobil qurğulardan istifadə etməsi, onlarda bir çox zehni, fiziki problemlərin yaranmasına səbəb ola bilər. Sosial mediadan, internetdən, oyunlardan, televizorlardan asılılığın yaranmasının qarşısnı necə almaq olar? Uşaqlar gün ərzində nə qədər müddət rəqəmsal qurğulardan istifadə edə bilərlər və bu müddət öyrənmə fəaliyyəti və əyləncə fəaliyyəti arasında necə bölüşdürülməlidir? Bu sualların cavabı hər bir ailəyə görə fərqli olsa da hər bir ailənin istifadə edə biləcəyi bir neçə tövsiyyəni sizinlə paylaşmaq istərdik:

Balansı qorumaq. Uşaqları rəqəmsal qurğulardan tamamı ilə uzaqlaşdırmaq və ya normadan çox vaxt keçirmələrinə icazə vermək doğru addım olmazdı. Övladınızın həftə ərzindəki fəaliyyətlərində texnologiya ilə olan və olmayan fəaliyyətləri arasında balans yaradın. Əksər uşaqların texnologiyadan çox istifadə etməsinin səbəbi onlara digər fəaliyyət növləri: kitab oxumaq, rəsm çəkmək, idman növləri ilə məşğul olmaq kimi fəaliyyət növləri üçün imkanların yaradılmamasıdır.
Rəqəmsal qurğulardan azad vaxtlar və yerlər yaradın. Evinizdə mobil qurğulardan istifadə etməyəcəyiniz məkanlar və zamanlar seçin. Məsələn, yemək zamanı mobil qurğulardan və internetdən istifadə etmək olmaz ! Yuxu vaxtına bir saat qalmış, mobil qurğu olmaz, yataq otağında kompüterdən istifadə etmək olmaz və s. Xususi ilə uşaqların qapalı otaqlarda kompüter və mobil qurğulardan istifadə etməsinə icazə verməyin. Kompüter umumi otaqda, sizin də ekrannı görə biləcəyiniz bir yerdə istifadə olunmalıdır.
Rol modeli olun. Övladınız sizin dediklərinizdən daha çox etdiklərinizi diqqət edir və sizi rol model kimi qəbul edirlər. Bu səbəbdən onların yanında texnologiyadan necə istifadə etdiyiniz barəsində diqqətli olun. Evdə mobil qurğularla bağlı qaydalara özünüzdə riayət edin və övladlarınızla tez- tez texnologiyadan necə düzgün istifadə etmələri barəsində söhbət aparın

Səid Həsənov
Təhsil Texnologyaları üzrə mütəxəssis

Email: shasanov@edtech.az






1