Cəfər Cabbarlı 46, Deluxe Plaza

Əgər internetdə övladınızın təhsil həyatı ilə bağlı araşdırma aparmaq istəsəz,  valideynlər üçün bir-biri ilə ziddiyyət təşkil edən müxtəlif  məsləhət və tövsiyyələrlə qarşılaşacaqsız. Məsələn, bəzi məqalələrdə qeyd edilir ki, uşaqlar erkən yaşlarda xarici dil öyrənməyə başladıqda xarici dili daha tez qavrayır. Eyni zamanda çoxlu məqalə də tapa bilərsiz ki, bunun əskini qeyd etsin: Uşaqların erkən yaşda xarici dil öyrənməyə məcbur edidikdə, ana dilini mənimsəməsi, özünü ifadə edə bilməsi bacarığı inkişafdan qalır. Eyni fikirlər proqramlaşdırma təhsili ilə də bağlı mövcuddur. Uşaqların proqramlaşdırma təhsilinə başlama yaşı, istifadə olunan üsul və metodlar haqqında müxtəlif fikirlər mövcuddur. Bu yazımızda uşaqlar proqramlaşdırma təhsilinə hansı yaşda başlamalıdırlar? Hansı növ resurslardan istifadə edilməlidir? Kimi suallara cavab tapmağa çalışacağıq. 

Erkən yaşda başlamaq faydalıdır.

Aparılan müşahidələr göstərir ki, uşaqların proqramlaşdırma təhsilinə erkən yaşlarda başlamalıdır. Bu yaş qrupu üçün təbii ki yüksək səviyyəli proqramlaşdırma dilini tədris etmək mümkün olmayacaqdır. Lakin uşaqlar  məntiqi tapşırıqları yerinə yetirə bilər, sadə oyun, animasiya hazırlamaqla aloqortimik düşüncə bacarıqlarını inkişaf etdirə bilərlər.  Proqramlaşdırma təhsilinə erkən yaşda başlamaq eyni zamanda uşaqları ibtidai sinif mərhələsindən sonra, orta məktəb illərində də proqramlaşdırma mövzularını asanlıqla mənimsəməlsinə kömək edir. Proqramlaşdırma təhsilinə erkən yaşda başlayan uşaqların gələcəkdə STEAM, mühəndislik, proqramlaşdıma ilə bağlı peşələrə yiyələnirlər.

Əyləncədən daha çoxu !

Övladları üçün proqramlaşdırma təhsili ilə maraqlanan valideynlər bir çox halda bunu uşağın boş vaxtını keçirməsi üçün əyləncə və ya peşə sahəsi olaraq görürlər. Şübhəsiz ki, hər iki yanaşmada həqiqət var. Müasir resurslarla proqramlaşdırma uşaqlar üçün əyləncəli və maraqlı formada tədris oluna bilir. Proqramlaşdırma öyrənmək artıq o illər öncə gördüyümüz göy ekranda uzun və çətin kod yazma prosesindən çox uzaqdır.  Uşaqlar öz biliklərini həyatla bağlı real layihələrə tətbiq edir, animasiyalar, oyunlar, robototexnika və mühəndislik layihələri hazırlayırlar. Bir peşə sahəsini kimi də proqramlaşdırma gələcəkdə hələ uzun illər təlabat olacaq peşə sahələrindən biridir. Lakin proqramlaşdırma təhsilinin övladınız verə biləcəyi daha çox şey var. Proqramlaşdırma, uşağın bir başa düşüncə tərzini, problem-həll etmə, yaradıcılıq, əməkdaşlıq, tədqiqat, məsələyə müxtəlif aspektlərdən baxa bilmək bacarıqlarını inkişaf etdirir. 21 əsr bacarıqları adlanan bu bacarqlar  akademik bacarıqlar olmaqla bərabər günümüzdə hamıdan tələb olunan həyati bacarıqlardır. Proqramlaşdırma dərslərində uşaqlar problemi həll etmək üçün müxtəlif üsul və metodlardan istifadə etməyi öyrənirlər ki, bu da proqramlaşdırma dərslərinin şagirdə qazandırdığı ən vacib bacarıqdır. Proqramı hazırlayan zaman verilmiş situasiyanı araşdıran şagirdlər araşdırma və tədqiqat bacarıqlarını inkişaf etdirirlər. Proqramda səhvlərin tapılması zamanı uşaqlar təmkinli olmağı, öz fikirlərini təhlil etməyi, verilmiş məsələyə fərqli yanaşma ortaya qoymağı öyrənirlər. Mürəkkəb problemləri sadə mərhələlərə bölərək həll etmək bacarığıda proqramlaşdırma dərslərində uşaqların qazandığı digər bacarıqdır.  Proqramlaşdırma uşaqlarda “ Görünənin arxasındakını görmək” bacarığı formalaşdırır. Məsələn sadəcə oyun oynayan uşaq əslində oyunda arxa fonda baş verən prosesləri görmür. Lakin oyunu özü proqramlaşdıran uşaq personajların necə əlavə olunduğunu, arasında necə əlaqələrin olduğunu görür və anlaya bilir. Nəticədə şagird səthi görünən proseslərin daxilinə enib, daxili əlaqələri təhlil etmək bacarığı qazanır. 

Digər fənnlərlə əlaqəsi

Proqramlaşdırma dərsləri şagirdlərin təkcə alqoritmik bacarığını inkişaf etdirmir.Şagirdlər proqramlaşdırma məsələlərini həll edən zaman, layihələrin hazırlanmasında tez-tez riyaziyyat, fizika, kimya fənnlərində öyrəndikləri biliklərdən istifadə edirlər. Nəticədə uşaqlar bu fənnlərdə öyrəndikləri bilikləri real-həyatla bağlı məsələlərdə tətbiq etmək imkanı qazanırlar. Bu isə uşaqların qeyd olunan fənnlərə olan marağını artırır, bu fənnlərə daha ciddi yanaşmalarına səbəb olur.

Yaş xüsusiyyətini nəzərə almalı

Şübhəsiz ki, hər bir valideyn qısa müddətdə övladının böyük uğurlar qazanmasını arzu edir. Lakin bu o demək deyil ki, uşaq kiçik yaşda yuxarı yaş qrupları üçün nəzərdə tutulmuş proqramlaşdırma dillərinin öyrənilməsinə cəlb edilməlidir. Hər bir yaş dövrünün özünə məxsus təfəkkürün inkişaf səviyyəsi var. Şagirdə proqramlaşdırmanın tədrisində istifadə olunan resurs onun yaş səviyyəsinə, maraq dairələrinə uyğun olmalıdır. Kiçik yaş dövrlərində daha çox məntiqi təfəkkürü və alqoritmik düşüncəni inkişaf etdirən oyun tipli tapşırıqlardan istifadə oluna bilər. Daha sonra yaş dövrü irəllilədikcə blok əsaslı platformalarda uşaqlar öz oyun və animasiyalarını hazırlaya bilərlər. Bundan sonra isə uşağın maraq sahəsinə uyğun olaraq hansısa mətn tipli proqramlaşdırma dilinin tədrisinə başlamaq mümkündür. 

Ümid edirik ki, bu yazımız övladınızın proqramlaşdırma tədrisi ilə bağlı bir çox suala aydınlıq gətirdi. 

Uşaqlar üçün proqramlaşdırma kurslarımızla bağlı ətraflı məlumat:

https://www.edtech.az/page/usaqlar-ucun-proqramlasdirma-dersleri


Suallarınızı sosial media hesablarımız və ya email vasitəsi ilə bizə ünvanlaya bilərsiz. 


Contact: +994507160496

Facebook: @edtech.az

Instagram: @edtech.az

Email: info@edtech.az

Website: www.edtech.az

Jafar Jabbarli 44, Yasamal, Baku

Azerbaijan, AZ1065

1