Tello EDU təhsil dronları
Tello EDU proqramlaşdırıla bilən təhsil drondur. Bu təhsil dronu vasitəsi ilə Scratch, Python və Swift kimi proqramlaşdırma dillərini asanlıqla öyrənə bilər, fərqli misiyyalar hazırlamaqla şagirdlərin yaradıcılıq, problem həlletmə və komanda işi kimi bacarıqlarını inkişaf etdirə bilərsiz. Dronu idarə etmək üçün eyni adlı Tello Edu tətbiqetməsindən istifadə edilir. Bu tətbiqin daxilində dron proqramlaşdırılması öyrənmək üçün Tello Travel adlı hekayə əsaslı kiçik öyrənmə kursu təqdim edilir.
Texniki xüsusiyyətləri:
Ölçüsü: 98×92.5×41 mm
Ağırlıq- 87 qram
Video keyfiyyət- HD720
13 dəqiqə çəkiliş imkanı
5 MP şəkil keyfiyyəti ilə çəkiliş
Maksimum uçuş məsafəsi- 100 m
Maksimum sürət - 8 m/san
Maksimum hündürlük- 30 metr
Bu dronlar manelərin arasında uça, müəyyən nöqtələrdə dəqiq eniş və ya qalxış edə, fırlanma və digər akrobatik hərəkətləri icra edə bilərlər. Dronların yerinə yetirə biləcəkləri misiyalar yalnız sizin təxəyyülünüzlə limitlidir. Eyni zamanda dronla birlikdə fərqli misiyalar yatarmaq üçün 5 ədəd missiya altlığı- pad təqdim edilir.
Təkmilləşdirilmiş SDK 2.0 ilə Tello EDU dronuna daha təkmil əmrlər vermək və yenilənmiş istifadəçi interfeysindən onu idarə etmək mümkündür. Həmçinin DJI uçuş idarəetmə texnologiyasından istifadə edilən Tello EDU dronu Rəqəmsal Görüntü Sabitləşdirməsini dəstəkləyir.
Siz bir cihaz vasitəsilə eyni vaxtda bir neçə Tello EDU dronunu proqramlaşdıra bilərsiniz. Tello EDU dronlarını toplu idarə etmək üçün proqramlaşdırma biliklərinizdən istifadə etməlisiniz. Dronun proqramlaşdırılması zamanı istər mətn əsaslı Python, istərsə də sürüklə burax tipli Scratch əsaslı proqramlaşdırma dilindən istifadə etmək olar.