Təlimin təsviri:
Oyunlaşdırma , fərdlərin mövcud prosesə və məsələnin həllinə cəlb olunma və motivasiya səviyyəsini artırmaq üçün oyun olmayan kontekstlərdə oyun mexanizmlərinin istifadədir: bu bizə qarşıya qoyulmuş məqsədə nail olmaq üçün əyləncəli və faydalı fəaliyyətlər yaratmağa imkan verir.
Təhsildə Oyunlaşdırma təlimimiz müəllimlərə və təhsil işçilərinə oyunlaşdırma və dərslərdə oyunlaşdırma fəaliyyətlərdən necə istifadə etməyi öyrənməyə kömək edir. Yaxşı planlaşdırılmış Oyunlaşdırma fəaliyyəti müəllimə imkan verir ki, dərsini cəlb edici, mənalı və əyləncəli təlim fəaliyyətlərinə çevirə bilsin. Ən bəsit formada oyunlaşdırma oyunun elementlərini - balları, döş nişanlarını və lider lövhələrini öyrənmə mühitinə daxil edir ki, şagirdlər əylənsinlər və materialı yükəsk səviyyədə mənimsəmək üçün üçün həvəslənsinlər.
Təlim, öz sinifində oyun əsaslı öyrənmənin potensialını kəşf etməkdə maraqlı olan hər bir müəllim üçündür.Təlim zamanı oyunlaşdırma elementlərinin öyeənmə və öyrətmə prosesinə inteqrasiyası ilə əldə olunan yeni imkanlar, tədrisdə oyunlaşdırma elementlərindən istifadənin üstünlükləri, inteqrasiya zamanı qarşılaşa biləcəyiniz çətinliklərini araşdıracaq və gündəlik tədris təcrübənizdə istifadə edə biləcəyiniz oyunlaşdırma alətləri və praktik fəaliyyət nümunələri təqdim ediləcəkdir.
Təhsildə Oyunlaşdırma təlimi aşağıdakıları əhatə edəcəkdir:
- Oyunlaşdırma nədir?
- Təhsildə niyə və necə istifadə etməli?
- Tədris mühitində oyunlaşdırma prinsiplərini tətbiq etmək üçün yeni vasitələrin, texnologiyaların və yanaşmaların kəşf edilməsi
- Oyun Əsaslı dərsin planlaşdırılması
“Təhsildə Oyunlaşdırma” təlimimizdə iştirak etmək və ya bizi məktəbinizə dəvət etmək üçün əlaqə bölməsindən istifadə etməyə çəkinməyin.