STEM nədir? “STEM” ingiliscə “bünövrə” deməkdir. Bu söz STEM layihəsinin qığılcımlarından biridir. Bu gün təhsilin bünövrəsi İbtidai sinifdən başladığı üçün bu günün ibtidai sinif şagirdləri sabahın hər hansı peşə sahibi olmaqla dövlətimizin parlaq gələcəyi naminə çalışacaqlar. Buna görə də uşaqlar hələ balaca ikən öz bacarıqları və əldə edə biləcəkləri kompotensiyaları əsasında yetişdirilərsə gələcək üçün daha faydalı insanlar ola bilərlər.
Böyüklərdən fərqli olaraq uşaqlar daha çox kəşf etməyə meyllidirlər. Uşaq psixologiyasına əsasən 2 yaşından başlayaraq uşaqlar yeniliklər axtarır. Bu yeniliklərin həyəcanı ilə uşaq hər şeyə toxunmaq istəyir, nələrisə qarışdırmaq istəyir. Toxunduğu əşyalarla oynamaq istəyir. Uşaq yeni toxunduğu, yeni rastlaşdığı nələrisə kəşf etmək ehtiyacı duyur. İbtidai təhsil dövründə uşaqların nələrisə kəşf etmək ehtiyacı daha da artır. Təsadüfi deyil ki, bir çox STEM yönümlü tədris müəssisələrinin şüarı belə olur: “Duyaraq, Görərək, Toxunaraq, Öyrənək”. Bu 4 mərhələ uşaq təfəkkürünün mükəmməl inkişafına zəmin yaradır.
Layihə əsaslı STEM təhsilinin əsasında; şagirdləri məzmun öyrənməkdən və əzbərdən daha çox sual verməyə, araşdırma aparmağa, istehsala və yeni ixtiralar etməyə istiqamətləndirmə var. Məktəbinizdə STEM təhsili yanaşmanı tətbiq etmək üçün STEM təhsili layihələri və öyrənmə mühiti yaradaraq şagirdlərinizi sual vermə, məhsul inkişaf etdirmə, kəşf və innovasiya inkişaf etdirmək istedad və bacarıqlarını ortaya çıxarmaq lazımdır. STEM təhsili prosesində müəllim kimi rolunuz şagirdlərdə Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat ixtisaslarında yalnız nəzəri məlumatları vermək deyil, bu intizamlarda təhsil verən digər müəllimlərlə bir araya gələrək şagirdləriniz üçün mühakimə etməyə, araşdırmağa, istehsala və kəşf etməyə yönələn layihə işləri planlaşdırmaq və bu layihələrdə iştirak etməyə marağı və bacarığı olan şagirdlərinizə bu layihələri həyata keçirməkdə bələdçi olmalısınız. Şagirdlərinizə bir kəşf və məhsul inkişaf etdirməsini təmin edəcək sual yaratmaq, məhsul/tapma planlaşdırma, məhsul/tapma sınaqdan keçirmə, nəticə çıxarma, məhsulu qiymətləndirmə, paylaşma və yenidən düşünərək yeni suallarla görüş və məhsulunu inkişaf etdirməyə yönelikli STEM təhsili tədbiri dövriyyəsinin içinə buraxmağınız lazımdır. Məhsul və kəşf inkişaf etdirməyə yönələn layihə əsaslı STEM təhsili dövriyyəsi heç vaxt bitməz.
STEM təhsili ilə Blum Taksonomiyasının əlaqələndirilməsi: STEM təhsili şagirdlərdə istintaq, araşdırma aparmaq, istehsal olunma və kəşf etmə qabiliyyətlərini ortaya çıxarmağı hədəf seçərək Blum Taksonomiyasının Analiz, Sintez və Qiymətləndirmə aparmaq səviyyələrindəki yüksək səviyyəli özünəməxsus davranışlarını inkişaf etdirməyi qarşısına məqsəd qoyduğu deməkdir. Analiz davranışı səviyyəsində şagirdin bir məhsulu və ya ixtira edən STEM komponentlərini müəllimlərinin rəhbərliyi mühakimə edərək və araşdıraraq müəyyən etmə, ayırd etmə və analiz etmə qabiliyyətləri inkişaf etdirilir. Məsələn, bir televiziya aparatını təşkil edən Fənn (fizika, kimya, və s); Texnologiya (elektron, cd, kod, və s), Mühəndislik (dizayn, erqonomika, emal prosesləri, çalışır hala gətirmə prosesləri, birləşdirmə, və s) ., Riyaziyyat
(tənliklər, funksiyalar, və s). Komponentlərinin ayrılaraq müəyyən edilməsi STEM münasibətilə keçirilir. Sintez davranışı səviyyəsində, şagirdin bir məhsulu və ya ixtira STEM yanaşı komponentləri çərçivəsində topladığı qrup daxilindəki qaydalara əsasən bilik və bacarıqları istifadə edərək planlaşdırması, hazırlaması mümkün olur. Məsələn, tələbələrimiz torpağın rütubət dəyərindəki dəyişikliyi qəbul edib, rütubət qiyməti düşəndə avtomatik olaraq suvarma edə bilən bir suvarma robotu inkişaf etdirərkən, bu robotun Elm (biologiya, kimya), Texnologiya (elektron materiallar, sensor, cd), Mühəndislik, (dizayn, istehsal prosesləri, material məlumatı) Riyaziyyat (tənliklər, funksiyalar, və s) məlumat və bacarıqlarını bir arada istifadə etməsi, STEM münasibəti çərçivəsində inkişafına layihələrlə həyata keçirilə bilər. Qiymətləndirmə davranışı səviyyəsində şagirdin bir məhsul və ya ixtira edən STEM komponentlərinin uyğunluğunu və ya qabiliyyətini qiymətləndirmək mümkün olur. Məsələn, tələbənin bir kəşf dronunu ya da sadə bir çərpələngi inkişaf etdirdikdən sonra ilk sınaqları keçirməsi və natamam və axsayan hissələri aşkar edərək çərpələngi daha yaxşı hala gətirməsi qiymətləndirmə səviyyəsində bir davranışdır. Sadə bir çərpələngin düzəldilməsi Həndəsə, Riyaziyyat, Fizika, Mühendislik,və başqa sahələrin əsas səviyyədə istifadəsini öyrətməkdir.
Ümumiyyətlə STEM metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqalə olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər:
Batmayan gəmi fəaliyyəti | Körpü hazırlanması fəaliyyəti |
Su çarxının hazırlanması | Su borusunun hazırlanması |
İstifadə etdiyim mənbə: Dr.Muammer Yıldızın “Kazanım merkezli STEM uyğulamaları” kitabı və
Tunc Erdal Akdurun “STEM egitimi öğretmen el kitabı”kitabı
Qeyd: Məqalə daha öncə 27 aprel 2019-cu ildə “Təhsil dünyası” qəzetinin №02(004) sayında dərc olunub
Aynurə Əhədova Neftçala şəhər Elton Həbibov adına 4 N-li tam orta məktəb/ İbtidai sinif müəllimi, TİPİM-nin təlimçisi və mentoru, Neftçala rayonu üzrə Təhsil Meneceri, Virtual Menecer, STEAM müəllimi,Avropa keyfiyyət nişanı alan eTwinning müəllimi Email: ehedova.1982@gmail.com |