STEAM ChangeMakers 2024 - Təcrübə Proqramı Elanı
Proqram Haqqında:
STEAM ChangeMakers 2024, STEAM və robototexnika sahəsində gəncləri inkişaf etdirmək məqsədini daşıyan təcrübə proqramıdır. Bu proqram, gələcəkdə STEAM, Robototexnika və proqramlaşdırma sahələrində müəllim və təlimçi kimi fəaliyyət göstərmək istəyən gənclərə üçün nəzərdə tutulub.
Kimlər qoşula bilər?
Proqram universitetin 4-cü kurs tələbələri və yeni məzun olmuş şəxslər üçün nəzərdə tutulub. Riyaziyyat, informatika, komputer elmləri və fizika sahələrində təhsil alan tələbələrimizə qoşulmağı tövsiyə edirik.
Proqram sizə nə qazandıracaq:
Praktiki Təcrübə: Robototexnika və proqramlaşdırma üzrə dərslərdə və təlimlərdə iştirak edərək praktik bacarıqlarınızı artırmaq
Yeni Biliklər Qazanın: LEGO, Arduino, 3D dizayn, Matatalab, Quarky, Süni İntellekt üzrə biliklərinizi təkminləşdirmək imkanı
Mentorluq: Ölkə daxilində və xaricdə çalışan peşəkar mütəxəssislərdən mentorluq alaraq öz karyera yolunuzu formalaşdırın.
Şəbəkələşmə İmkanları: Eyni sahəyə maraq göstərən digər gənclərlə tanış olun, fikir mübadiləsi aparın və əlaqələr yaradın.
Beynəlxalq sertifikatlar: Beynəlxalq səviyyədə tanınan proqramlarda iştirak edərək, sertifikatlar qazanmaq imkanı
Proqramda iştirak etmək üçün tələblər:
Ali təhsil müəssisələrinin 4-cü kursunda təhsil almaq və ya yeni məzun olmaq
Riyaziyyat, Fizika, Kompüter elmləri, Proqramlaşdırma, informatika kimi sahələrində təhsil
İngilis və ya Rus dilində oxuyub anlama bacarığı
Görüş və təlimlərdə mütəmadi iştirak etmək
İnkişafa və öyrənməyə açıq olmaq
Proqramın müddəti:
Proqram 4 ay müddətində davam edəcək. Proqramı uğurla tamamlamış şəxslərə tövsiyyə məktubu təqdim ediləcək.
Ödəniş:
Proqramda iştiak tam ödənişsizdir.
Qeydiyyat:
İştirak etmək istəyənlər, özləri haqqında məlumatı info@edtech.az elektron poçtuna göndərə bilərlər. Müraciət üçün son tarix 20.11.2024 -dür.
Gələcəyin STEAM liderləri olmaq istəyən gəncləri proqramımıza dəvət edirik! Siz də ChangeMaker olun!