Cəfər Cabbarlı 46, Deluxe Plaza

Peşəkar məqsədlər üçün sosial mediadan düzgün istifadə ilə bağlı diqqətə alınmalı məsləhətlər:

  1. İlk öncə, siz kim olduğunuzu, fəaliyyət istiqamətinizi və ən əsası sosial mediadan hansı məqsədlə  istifadə edəcəyinizi müəyyənləşdirməlisiniz. Bunun üçün: 

  1. Qarşıya qoyduğunuz hədəflərinizi müəyyənləşdirin: 

  1. Sosial platformanızda sizi və biznesinizi ən düzgün şəkildə əks etdirən unikal bir görünüş əldə edin - sizin platformanızı digərlərindən fərqləndirən xüsusiyyətlər nələrdir?

  1. Məzmun dizaynınız üçün düzgün rənglər, düzgün yazı stili seçib, idea nə olursa olsun sosial platformun sizin üçün təklif etdiyi yaradıcı vasitələrdən istifadə edin;

  2. Hər bir sosial platform sizin qarşınıza şəklinizin ölçülərindən tutmuş, mətninizin xarakter sərhədlərinə qədər müxtəlif qaydalar qoyur, sosial media mütəxəssisi kimi görünmək istəyirsinizsə,  yazılarınızın düzgün ölçüyə və mətninizin düzgün uzunluğuna sahib olduğundan əmin olun. Bu məsələdə sizə kömək ola biləcək bəzi tətbiqetmələr mövcuddur.

  3. Yeni fikirlər yaradın, özünüzü təkrar etməyin! Bunun üçün sizə 3 əsas məsləhət                                                              Öyrədin - izləyicilərinizə işinizdə usta olduğunuzu göstərmək, həm də onlara faydalı ola bilmək üçün bildiklərinizi  bölüşün;
     İlham verici olun - bunun üçün bəzən izləyicilərinizdən fikir almaqdan çəkinməyin; 
                                                             Əyləndirin - paylaşımlarınızı əyləncəli hala gətirin ki, ən sıxıcı ola biləcək işlərinizd belə diqqət çəksin!

  1. Özünüz üçün paylaşım təqvimi hazırlayın:   

  1. Sosial mediadan insanlarla əlaqə üçün istifadə etdiyinizi unutmayın!  Sizə gələn rəylərə, sizin barənizdə olan paylaşımlara, sizə ünvanlanan suallara  cavab verməyə, ümumiyyətlə izləyicilərinizlə əlaqədə olmağa diqqət və vaxt ayırın. 

  1. Müştərilərinizin həm onlayn, həm də oflayn olaraq işinizlə təmas qurmağının mümkün olan bütün müxtəlif yollarını düşünün. Bunların hamısı sizin və işinizin onlarda iz qoyması üçün əla bir şansdır. Yarışmalar, hədiyyələr, kiçik bir təşəkkür kartı bu məsələdə sizə yardımcı ola bilər!



  

1