Cəfər Cabbarlı 46, Deluxe Plaza

Bu yazımızda, sizə Scratch proqramlaşdırma platformasında kiçik, lakin maraqlı və məlumatlandırıcı bir proqram hazırlamağı göstərəcəyik!  Bu layihə ilə iqlim dəyişikliyinin təsirləri haqqında layihə işi kimi sinifdə şagirdləriniz ilə hazırlaya bilərsiz. Yalnız iki spritdən istifadə edərək, onların bir-birilə necə məlumat paylaşdığını görəcəksiniz. Gəlin proqramımızı hazırlamağa başlayaq. 

Addım1:

İlk öncə https://scratch.mit.edu/ saytına daxil olaq və Yaratmaq əmrini seçək ! Daha sonra oyunda istifadə edəcəyimiz arxa fonu və sprayt seçək.

Addım2:

İlk öncə oyuna əsasən arxa plan seçilməlidir. Daha sonra oyuna əsasən nəzərinizdə tutduğunuz spraytları əlavə edəcəksiniz. 

 Addım 3:

Hadisələr bölməsinə keçək və  boşluq kliklənəndə blokunu iş sahəsinə sürükləyib buraxaq. 

Addım 4:

Pinqivin spraytımız üçün kodları yazmağa başlayaq.Səs bölməsindən “pop səsini sona qədər ifa et” blokunu seçirik.Lakin biz burda sol tərəfdə yuxarı hissədə  səslər bölməsində axtarış hissəsindən spraytlarımıza hansı səs uyğundursa onu qeyd etməliyik. Görünüş bölməsindən “salam de 2 saniyə gözlə” blokunda mətini və zamanı oyuna əsasən qeyd edirik.

Addım 5: 

Daha sonra  idarəetmə blokundan “1saniyə gözlə”blokunu əlavə etdikdən sonra  və görünüş bölməsindəki əvəəldə istifadə etdiyimiz mətin tipli  bloku seçirik.Spraytın hər zaman bu kodlardan sonra hərəkətə gətirilməsi üçün idarəetmə blokundan həmişə blokunun seçib, daxilinə hərəkət bölməsindən” 10 addım at” blokunu yerləşdiririk.

Addım 5: 

Digər spraytımız üçün kodlar təkralanacaq lakin  pinqivin spraytımızdan fərqli olaraq ikinci dəfə görünüş bölməsindəki mətin tipli”salam de 2 saniyə gözlə” bloku yaılzmayacaq.

Addım 6:

İqlimin dəyişməsi ilə bağlı az yaşlı tələbələr üçün scartch-da sadə və informasiya xarakterli proqram  yaratma ilə tanış oldunuz. Kodlar şəkildə göstərilən formada təkrarlaya bilərsiniz. Programa aşağıdakı linkdən və ya scratch.mit.edu yazaraq da daxil ola bilərsiniz.

   


Nümunə layihə üçün link- https://scratch.mit.edu/projects/1057780967/editor/



1