Cəfər Cabbarlı 46, Deluxe Plaza

Bu yazımızda sizlərlə birlikdə Scratch platformasında ədədin tək olub olmamasını yoxlayan proqram hazırlamağa çalışacağıq. Bu zaman istifadəçi tərəfindən ədəd daxil ediləcək. Proqram isə daxil edilən ədədin tək və ya cüt ədəd olması haqqında məlumat verəcək. Gəlin ilk öncə ədədlərin tək və ya cüt olmasını riyazi cəhətdən necə təyin etdiyimizi yadımıza salaq. Əgər bir ədəd tək ədəddirsə o zaman həmin ədəd 2-yə bölünən zaman 1, əgər ədəd cüt ədəddirsə həmin ədədin 2-yə bölməsi zamanı 0 qalıq alınır. Deməli cüt ədədlər üçün ( ədəd) mod 2 = 0 olmalıdır. Bu anlayışdan istifadə etməklə proqramımızı hazırlayaq.


Gəlin indi proqramımızı hazırlamağa başlayaq.

Addım1:

İlk öncə https://scratch.mit.edu/ saytına daxil olaq və Yaratmaq əmrini seçək ! Daha sonra oyunda istifadə edəcəyimiz arxa fonu və oyunçunu seçək.

Addım 2:

Gəlin bu Ədəd adında dəyişənimizi yaradaq. Ədəd dəyişəni istifadəçidən alacağımız ədəd  üçün istifadə olunacaq. Dəyişənləri təyin etmək üçün Dəyişənlər bölməsindəki Dəyişən Yarat düyməsini istifadə edək.

Kliklədikdən sonra Ədəd adını dəyişən adı kimi verə bilərsiniz. Dəyişənlərin adlandırılması qaydalarına uyğun olaraq müxtəlif adlardan  da istifadə edə  bilərsiniz.

İstifadə etməyəcəyiniz dəyişənləri silmək üçün həmin dəyişənə sağ klikləməklə dəyişəni aşağıdakı kimi silə bilərsiniz.

Bu əməliyyatlar nəticəsində aşağıdakı şəkildə gördüyünüz kimi dəyişənlərimiz meydana gələcək.

Addım 3:

Hadisələr bölməsinə keçək və kliklənəndə blokun iş sahəsinə sürükləyib buraxaq. 

Addım 4: 

Dəyişənlər bölməsində  yaratdığımız ədəd dəyişəninin ilkin qiymətini "0" olaraq təyin edəcəyik. Daha sonra uyğun bloku iş sahəsinə əlavə edək.

Addım 5:

Bu addımda gəlin oyunçumuz ilə  proqrama 2 saniyə salam əlavə edək. Bunun üçün blokumuzu Görüş bölməsindən iş sahəsinə aşağıdakı şəkildəki kimi köçürək

Addım 6:

Bu addımda gəlin personajın bizdən ədəd istəməsini təmin edək. Bu əməliyyat üçün Sensorlar bölməsindən Soruş və Gözlə komandasını əlavə edək.

Addım 7:

Gəlin əmin edək ki, bu addımda daxil edilmiş rəqəm ədəd dəyişəninə köçürülür. Bunun üçün Dəyişənlər bölməsindən  Ədəd təyin blokunu əlavə edək. Ədəd dəyişəninin istifadəçinin daxil etdiyi cavaba bərabər edək. 

Addım 8:

Bu anda gəlin  personajımızı düşünürmüş kimi göstərək :).

Bunun üçün biz Görünüş bloqundan belə “Hmm deyə düşün” bloqundan istifadə edirik.


Addım9:

Bu addımda  şərtdən istifadə edəcəyik. Artıq istifadəçidən ədədi aldığımız üçün lazım olan hesablamaları apara bilərik. Yazının əvvəlində qeyd etdiyim kimi, mod 2 hesablamasının “0”-a bərabər olub-olmadığını yoxlayacağıq və “0”-a bərabərdirsə, ədədin cüt, əks halda tək olduğunu söyləyəcəyik. Əvvəlcə  şərtimizi yaradaq. 

1. Kontrol bölməsində Əgər şərt blokunu daxil edək. 

2. Sonra biz Operatorlar bölməsindən bərabərlik bloqumuzu əlavə edək.

3. İndi isə mod operatorunu uyğun yerə yerləşdirək.

4. Mod operatorunun bir tərəfinə 2, digər tərəfinə isə ədədi yerləşdirək.

5. Ədəd mod 2 hesablaması isə = 0 olmalıdır. 


Addım 10:


Bu şərt doğrudursa və ya səhvdirsə, nəticəni göstərək.


Görünüş hissəsindən  iki ədəd de blokunu götürək və şərtin doğru və yanlış olması halında icra olunacaq hissələrinə yerləşdirək. 


Yekunda şəkildə gördüyünüz kod hissəsi alınmalıdır. Proqramın işlək forması isə linkdə verildiyi kimi olacaqdır.


Link: https://scratch.mit.edu/projects/631043619


Əlavə suallarınız olarsa aşağıdakı əlaqə vasitələri ilə bizə müraciət edə bilərsiz:

Əlaqə nömrəsi: (050) 716 04 96

Email: info@edtech.az

 www.edtech.az

Facebook: @edtech.az

Instagram: @edtech.az

Email: info@edtech.az

1