Hörmətli oxucular! Bu gün sizlərlə birlikdə Scratch proqramında əyləncəli və öyrədici bir oyun olan "Şar Partlatma" oyununun necə hazırlandığına nəzər salacağıq. Bu oyun, uşaqların və yeniyetmələrin proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək üçün əla bir başlanğıc nöqtəsidir.
Yeni Layihə Yaradın:
Scratch proqramını açın və yeni bir layihə yaradın.
Şar Spritini Əlavə Edin:
"Sprite Seç" düyməsini sıxaraq kitabxanadan və ya internetdən şar şəklini seçin.
Şarın ölçüsünü və görünüşünü istədiyiniz kimi tənzimləyin.
Costume hissəsində partlamış formasını yaradın.
Şarın Hərəkəti:
Event bölməsindən "When flag clicked" blokunu seçin.
"Variable" bölməsindən "score " adlı yeni bir dəyişən yaradın.
Daha sonra Control bölməsindən “Forever “blokunu seçib oyunu necə planlaşdırmışıqsa ona uyğun blokları daxil edəcəyik
“Looks” switch costume to 1”seçin ,çünki bizdə partlamamış kostyum olmalıdır.
Şarı müəyyən koordinat üzrə hərəkət etməlidir.Ona görə random x və y koordinatlarını təyin edirik
Fərqli rəngdə olması üçün “change color by 25” blokunu əlavə edirik
Sonda “create clone myself” blokunu yerləşdiririk ki, özünün klonunu yaratsın
Əgər istəsəniz 4,5,6 bloklarını təkrar edə bilərsiz ki ,kulonu cüt-cüt yaransın.
Ən sonda 0.1 və 1 saniyə arasında gözləmə vermək lazımdır.
Siçan Klikləməsi ilə Şarın Patlaması:
Control hissəsindən “when I start as clone” bloku qoyuruq
İlk öncə y korrdinantını təyin edin.
Onu şərt kimi “repeat until” blokunun içərisinə yerləşdiririk və şarın y koordinantı boyunca nə qədər dəyişməsini qeyd edirik.
"Control” bölməsindən "if" blokunu əlavə edin.
"Sensorlar" bölməsindən "Touching mouse pointer?" və "mouse down?" bloklarını "if" blokunun şərt hissəsinə yerləşdirin.
Şərt verdikdən sonra “switch to costume 2” seçirik ki, üzərinə klik edəndə partlamış şar kostyumunu göstərsin
Şar patlayanda "change score by 1" blokunu əlavə edərək hər partlayan şar üçün xal qeyd olunur.
"Control" bölməsindən "delet this clone" blokunu əlavə edin və şarın patlayaraq silinməsini təmin edin.
"Sound" bölməsindən "pop sound cruch" blokunu əlavə edərək şarın partlama səsini əlavə edin.
Artıq oyun istifadə üçün hazırdır. Xoş əyləncələr !