Cəfər Cabbarlı 46, Deluxe Plaza

Proqramlaşdırma dərsləri uşaqlarda müasir dünyanın tələblərinə uyğun fərqli bacarıqları inkişaf etdirir. Hər bir proqramçının sevimli bacarığı problem həll etmə bacarığıdır. Problem həll etmə, məntiqi təfəkkürün inkişafı, əməkdaşlıq və araşdırma bacarıqları  proqramlaşdırma dərslərinin uşaqlara qazandırdığı  bacarıqlardan bir neçəsidir. Lakin proqramlaşdırmanın övladınızda inkişaf etdirdiyi bacarıqlar bunlarla yekunlaşmır:


Gələcəyi düşünmək və planlaşdırma

Proqramçı hər zaman gələcəyi, həll üçün atacağı növbəti addımı düşünür. O proqramın düzgün işləməsi üçün başlanğıcdan ən son nəticəyə kimi hər bir mərhələni düzgün planlaşdırmalıdır. Bu uşaqlarda düzgün planlaşdırma bacarığını inkişaf etdirir.


Diqqətini toplamaq bacarığı

Proqramı hazırlayan zaman kiçik bir səhv proqramın işləməməsinə və ya səhv nəticə verməsinə səbəb olur. Bu səbəbdən proqramçılar hər zaman proqramı hazırlayanda diqqətlə işləyirlər. Bu isə uşaqlarda məsələyə fokuslanmağı və diqqəti toplamağı öyrədir.


Çətinliklərin öhdəsindən gəlmək

Proqram hazırlanan zaman ilk cəhddə düzgün işləməyə bilər. Bu zaman şagird proqramı nəzərdən keçirib səhvlərini tapır və onları aradan qaldırıb yenidən yoxlayır. Proqramlaşdırma uşaqlara çətinliklərin öhdəsindən gəlməyi, məqsədli olmağı öyrədir.
 


Hadisələrə fərqli tərəflərdən baxmaq bacarığı

Bəzən qoyulmuş məsələyə həll kimi götürülən yanaşma özünü doğrultmur. Şagird alternativ həllər axtarmaqla məsələlərə fərqli tərəflərdən baxmağı öyrənirlər.


Yaradıcı düşünmək

Proqram hazırlanan zaman proqramın ilk öncə proqramın hər bir səhifəsi, imkanları proqramçı təxəyyülündə canlandırır.  Nəticədə uşaqların yaradıcılıq bacarığı inkişaf edir

1