Günümüzün yeni sahələrindən biri olan 3D dizaynının Tinkercad platforması ilə tədrisini həyata keçirəcəyimiz kursa 3d modelləşdirmə sahəsində marağı olan hər kəs qoşula bilər.
✅ Müəllif: Ramin Sultanov, Bakı Oxford Beynəlxalq Məktəbində Kompüter elmləri müəllimi
✅ Kurs ödənişsizdir, onlayn olduğu üçün istənilən zaman, istənilən yerdən qoşula bilərsiz.
✅ Kurs 3D dizayna yeni başlayan müəllimlər, şagirdlər və 3D dizayn həvəskarları üçün nəzərdə tutulmuşdur.
✅ Onlayn formada 7 video dərs, tapşırıqlar və sertifikat imtahanından ibarətdir. Kursun videolarını izləyən zaman yaranan çətinliklərinizi, suallarınızı videonun altında və bu postun altında müəllimə ünvanlaya bilərsiz.