Elan: Öyrədənlər üçün Media Savadlılığı: Növbəti Rəqəmsal Onillik üçün Öyrədənlərin hazırlanması
Kursun başlama tarixi: 6 May 2024
Kursun bitmə tarixi: 13 İyun 2024
Ümumi saat: 12 saat
Təlim dili: İngilis dili
Kimlər iştirak edə bilər: Müəllimlər, məktəb rəhbərləri, psixoloqlar, kitabxanaçılar, tədris prosesində iştirak edən digər şəxslər.
Kurs haqqında qısa məlumat:
Günümüzün şagirdlərinin hansı media savadlılığı bacarıqlarına ehtiyacı var? Texnologiyadakı son irəliləyişlər media savadlılığı mənzərəsini necə dəyişdi? Şagirdlərin və gənclərin ttexnologiyadan və internetdən istifadə edərkən nəzərə almalı olduğu etik məqamlar hansılardır?
Bu kurs müəllimlərə və pedaqoqlara media savadlılığı ilə bağlı məlumat vermək və tələb olan bacarıqlarını formalaşdırmaqla, onların məktəbliləri düzgün istiqamətdə yönləndirə bilmələrinə kömək etmək məqsədi daşıyır.. Kursdan faydalanan zaman öz sürətinizlə öyrənə bilərsiniz. Hər həftə bir modul açılır və modulu yekun cütlüklərin qiymətləndirilməsindən öncə tamamlamalısınız.
Kursun məqsədləri:
Effektiv Media savadlılığı və tənqidi düşüncə təhsilinin prinsipləri ilə tanış olmaq
Gənc nəsilin texnologiyadan istifadə zamanı rastlaşdığı problemlərlə tanış olmaq
Texnologiyanın fərdlər, cəmiyyət və dünya üzərindəki təsirini başa düşmək
Gənc nəsilin ehtiyacı olan media savadlılığı bacarıqlarını müəyyən etmək və ona uyğun öyrətmə prosesi təşkil etmək
Modullar:
Modul 1. Növbəti rəqəmsal onillik- Media savadlılığı nə üçün vacibdir?
Modul 2. Texnologiya ilə münasibətimizi kəşf edin.
Modul 3. Alqoritm və Süni İntellekt. Onlar gündəlik həyatımızı necə dəyişir?
Modul 4. İnternetin “ gizli xərci” ni başa düşmək.
Qeydiyyat və daha ətraflı məlumat üçün link: https://bit.ly/MLCE_MOOC