Bu yazımızda sizləri proqramlaşdırma biliklərinizi inkişaf etdirə biləcəyiniz 15 oyun ilə tanış edəcəyik. Proqramlaşdırma biliklərinizi formalaşdıran zaman, kitab, məqalə, video təlimlar ilə yanaşı bu oyunlardan istifadə sizə biliklərinizi möhkəmləndirməyə və praktika qazanmağa kömək edəcəkdir.
Bu oyunlardan istifadənin əsas üstün tərəfi heç bir ilkin bilik və bacarıq tələb etməməsidir. Belə ki, proqramlaşdırma sahəsinə yeni olsanız belə, başlanğıc səviyyədən bu oyunların istifadəsinə başlaya bilərsiniz. Digər bir üstün tərəfi isə oyun əsaslı olduğu üçün sizə maraqlı gələcək, sıxılamadan üzün müddət məşqlərinizi davam edə biləcəksiniz. Gəlin bu oyun saytları nəzərdən keçirməyə çalışaq:
1. Code Monkey
CodeMonkey oyun əsaslı proqramlaşdırma platforması məktəblilər üçün nəzərdə tutulub. Python, Javascript və CoffeeScript proqramlaşdırma dillərini öyrənmək üçün istifadə edə bilərsiniz. Platforma oyun oynayaraq öyrənmə imkanı ilə yanaşı, öz oyunu hazırlamaq üçün də müəyyən alətlər təqdim edir. Öyrədənlər üçün bağça yaşlarından başlayaraq 14 yaşı da əhatə edən tədris proqramı təqdim edir.
2. CodinGame
CodinGame proqramlaşdırma öyrənənlərə Python, JavaScript, Ruby və PHP daxil olmaqla 25-dən çox proqramlaşdırma dilini öyrənməyə kömək edir. Məktəblilər üçün əyləncəli pulsuz açıq mənbəli proqramlaşdırma platformasıdır.. CodinGame-in təqdim etdiyi imkanlardan da biri odur ki, siz dostlarınız və ya həmkarlarınızla oynaya, həmçinin beynəlxalq kodlaşdırma yarışlarına qatıla bilərsiniz.
3. CSS Diner
CSS Diner (yeni tabda açılır) yeni başlayan proqramçılar üçün CSS öyrənmək üçün sadə, lakin əyləncəli bir yoldur. Sizə CSS seçicilərinin necə işləməsinin əsaslarını öyrədəcək 32 fərqli səviyyə var. Platforma ödənişsizdir. 32 səviyyə üzrə verilən interaktiv tapşırıqlar əvvəldən sona doğru getdikcə mürəkkəbləşir.
4. Flexbox Froggy
CSS Flexbox-un necə işlədiyini öyrənmək üçün platformadır. 24 fərqli səviyyədə interaktiv tapşırıqlar təqdim edir. Oyunun personajı “Qurbağanı” qorumaq üçün bu tapşırıqları icra etməlisiniz. Platforma sadə istifadəçi interfeysinə malikdir.
5. CodeCombat
CodeCombat müəllimlər və tələbələr üçün nəzərdə tutulub, lakin hər kəs oynaya bilər. Python, JavaScript, CoffeeScript və ya Lua oyun skript dilini öyrədir. Başlanğıc səviyyəsindən başlayaraq oyun səviyyəsi çətinləşir. İlkin mərhələdə oyunun prinsiplərini izah edən əlavə təlimatlar əldə edə bilərsiniz.
6. Ruby Warrior
Rubyproqramlaşdırma dilini öyrənmək istəyirsinizsə, Ruby Warrior oyununu sınaqdan keçirməlisiniz. Oyunu sadə, orta və mürəkkəb çətinlik səviyyəsində oynamaq mümkündür.Oyundakı inkişafınızı yaddaşda saxlamaq üçün Facebook hesabınız vasitəsi ilə daxil olmalısınız.
7. UnTrusted
Untrusted verilən problemləri həll etmək üçün JavaScript bacarıqlarınızı istifadə edəcəyiniz meta-JavaScript macəra oyunudur. Platforma ödənişsizdir. Sizin yazdığınız kodlar öz nəticəsin göstərir və reallıq dəyişir, daha sonra növbəti problemin həllinə yönəlirsiniz.
8. Code Hunt
Code Hunt sizə unikal şəkildə proqramlaşdırma öyrədir. Proqram sizə kod fraqmenti təqdim edir. Bu kod fraqmetninin üzərində düzəliş etdikdən sonra sistemdəki cavab ilə uyğunlaşdırılır və sizə uyğun tövsiyyələr verilir. Platformadan Java və ya C# öyrənmək üçün ondan istifadə edə bilərsiniz.
9. Robokod
Əgər siz BattleBots şousuna baxmısınızsa, o zaman Robocode sizin üçündür. Java və ya .NET-də virtual robot döyüş tankları qurmaqla proqramlaşdırma bacarıqlarını öyrənəcəksiniz. Döyüşlər daha sonra real vaxt rejimində ekranda oynanılır.
10. CheckIO
CheckIO iki fundamental proqramlaşdırma dili olan JavaScript və ya Python öyrədə bilən strategiya oyunlarıdır. CheckIO isə başqalarının həllərindən istifadə edərək öz bacarıqlarınızı təkmilləşdirməyə imkan verir.
11. Empire of Code
Empire of Code proqramlaşdırma öyrənmək üçün strategiya oyunlarından biridir. Proqramlaşdırma platforması fərqli yaş qrupları üçün hazır tədris resursu təqdim edir.
12. VIM Adventure
VİM Adventure həm proqramlaşdırma , həmdə məntiqi təfəkükr və yaddaşı inkişaf etdirən proqramlaşdırma platformasıdır. Oyun yeni başlayanda yalnız fərqli istiqamətlərdə hərəkət edə bilirsiz. Bir müddətdən sonra isə personajın imkanları genişlənir.
13. Kiber Dojo
Cyber Dojo Ruby, JavaScript, PHP, Python və s. daxil olmaqla onlarla proqramlaşdırma dilləri üçün praktika və tapşırıqları özündə saxlayır. Hər bir tapşırıqda son nəticənin necə görünəcəyini göstərən bir nümunə ilə bir problemi təsvir edir. Oyun proqramlaşdırma bacarıqlarınızı problemlər üzərində tətbiq etmək üçün əla bir yoldur.
14. Lift Saga
Platforma Javascript proqramlaşdırma dilini öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Oyunda əsas hədəf liftin hərəkəti ilə bağlı verilmiş məsələləri həll etməkdir. Məsələlər sadədən başlayaraq mürəkkəbə doğru dəyişir.
15. Code Wars
Code Wars başqaları ilə praktik tapşırıqları həll edərək bacarıqlarınızı təkmilləşdirməyə kömək edir. Onlar JavaScript, Swift, PHP, Python, Ruby və Haskell daxil olmaqla çoxlu sayda proqramlaşdırma dilləri təklif edirlər.