Matatalab VinciBot Təhsil Robotu
Matatalab tərəfindən təqdim edilən VinciBot, uşaqların kompüter elmlərini öyrənməsi və STEAM sahələrində bacarıqlarını inkişaf etdirməsi üçün nəzərdə tutulmuş müasir təhsil robotudur. Bu robot həm sinif daxilində, həm də fərdi öyrənmə proseslərində istifadə üçün əlverişlidir.
Əsas xüsusiyyətləri
İnteraktiv dizayn və funksionallıq
VinciBot, yüksək dəqiqlikli LED matrisi, səslərlə zənginləşdirilmiş musiqi və çoxsaylı sensorlarla təchiz olunmuşdur. Bu xüsusiyyətlər uşaqların marağını cəlb edir və onları müxtəlif yaradıcı layihələr həyata keçirməyə təşviq edir. robotda 8 fərqli sensor və 21 müxtəlif səs çıxarma imkanı mövcuddur. Üzərində təqdim edilən qələm robota müxtəlif rəsmləri çəkməsinə kömək edir. Robotun xətt izləmə, uzaqdan idarə və rəsm çəkmə kimi 3 hazır modulu var.Proqramlaşdırma seçimləri
VinciBot, həm blok əsaslı proqramlaşdırmanı (başlanğıc səviyyəsi üçün) həm də Python kimi mətn əsaslı proqramlaşdırmanı (irəli səviyyələr üçün) dəstəkləyir. Bu səbəbdən robot müxtəlif yaş qruplarından olan uşaqların istifadəsi üçün uyğundur. Robotun proqramlaşdırılması üçün Windows, Mac, IOS, Android mühitlərindən istifadə etmək olar.Açıq platforma və genişlənə bilən imkanlar
LEGO və digər ikinci tərəf aksesuarlarla uyğunluğu nəticəsində uşaqlar öz robotlarını fərdiləşdirə bilər. Bu imkan yaradıcı düşüncəni və problem həll etmə bacarıqlarını inkişaf etdirir.Süni intellekt və IoT dəstəyi
VinciBot, bulud əsaslı funksiyalar və süni intellekt modulları ilə inteqrasiya oluna bilər. Bu, şagirdlərin müasir texnologiyalarla tanış olmasına və gələcək sahələrdə öyrənmə ehtimallarını genişləndirməyə imkan yaradır.Yüksək keyfiyyət: Robot dözümlü materiallardan hazırlanmışdır. Dəqiq hərəkət və yüksək sensor dəqiqliyi ilə seçilir. Bir dəfə enerji topladıqda 4 saatdan çox işləmə müddətinə malikdir
İstifadə sahələri
VinciBot, aşağıdakı sahələrdə geniş istifadə olunur:
- Proqramlaşdırma dərsləri
- STEAM layihələri
- Robototexnika yarışmaları
- Yaradıcı texnologiya fəaliyyətləri
Tədris üçün faydaları
Matatalab VinciBot, uşaqların yalnız texnologiyanı istifadə etməsini deyil, həm də onu anlamaq və idarə etmək bacarığını inkişaf etdirir. Bu robot, komanda işi, problem həll etmə və innovativ düşüncə kimi mühüm bacarıqları dəstəkləyir. Robotun üzərində bir başa istfadə edə biləcəyiniz 18 tapşırıq nümunəsi təqdim edilir.
Matatalab VinciBot ilə tədris prosesinə texnologiyanı inteqrasiya edin və uşaqların gələcək texnologiyalara hazır olmasını təmin edin!
Sifariş vermək üçün əlaqə saxlayın !