Matatalab proqramlaşdırma dəsti, uşaqların oyun oynayaraq kodlaşdırma və məntiqi düşünmə bacarıqlarını inkişaf etdirməsi üçün nəzərdə tutulmuş təhsil robotu dəstidir. Robot dəsti 4-13 yaş uşaqlar üçün nəzərə tutulmuşdur.
Bu dəst robotdan, bloklar və proqramlaşdırma üçün xüsusi paneldən ibarətdir. Matatalab, kompüter və ya planşetə ehtiyac olmadan, fiziki bloklar vasitəsilə uşaqlara proqramlaşdırmanın əsas prinsiplərini öyrətməyi hədəfləyir. İnsan ətraf mühiti alqılayan zaman görmə, eşitmə və toxunma kimi hisslərindən istifadə edir. Matatalab setləri də eyni prinsipi əsas götürərək uşaqlara ekranlı hansısa bir qurğu olmadan proqramlaşdırma və alqoritm qurma bacaqıqları formalaşdırır.
Matatalabın Xüsusiyyətləri
Fiziki Proqramlaşdırma: Matatalab, uşaqların fiziki blokları bir-birinə birləşdirərək robotu idarə etməsinə imkan verir. Bu, onların abstrakt düşünmə və məntiqi ardıcıllıqları başa düşmə bacarıqlarını inkişaf etdirir. Uşaqlar blokları düzərək robotun hərəkətlərini təyin edir və bu prosesi əyləncəli bir təcrübəyə çevirirlər.
Ekransız Öyrənmə: Matatalab, ekranlara çox vaxt sərf etməyən uşaqlar üçün ideal bir həll təqdim edir. Uşaqlar proqramlaşdırma bloklarını düzərək robotları idarə edə bilər, bu isə onların gözlərini qorumaqla yanaşı, daha aktiv təhsil prosesinə imkan yaradır.
İnteraktiv Oyunlar: Matatalab, müxtəlif oyunlar və tapşırıqlar vasitəsilə uşaqların öyrənmə prosesini əyləncəli edir. Uşaqlar robotlarını müxtəlif məqsədlərə yönəldə, maneələri dəf edə və xüsusi tapşırıqları yerinə yetirə bilər.
STEM Təhsili: Matatalab dəsti uşaqların elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) sahələrində bacarıqlarını inkişaf etdirməyi hədəfləyir. Bu dəst vasitəsilə uşaqlar sadə alqoritmlər, dövrlər və şərtlər kimi əsas proqramlaşdırma anlayışlarını öyrənirlər.
Yaradıcılıq və Problem Həll Etmə: Matatalab uşaqlara yaradıcı düşüncələrini istifadə edərək müxtəlif problemləri həll etmək imkanı verir. Robotların hərəkətlərini planlamaq, maneələri dəf etmək və yeni tapşırıqları yerinə yetirmək uşaqların yaradıcı və analitik düşünmə bacarıqlarını inkişaf etdirir.
Matatalabın dəstinə daxildir:
MatataBot
MatataBot bir təhsil robotudur. Yazdığınız proqrama görə hərəkət edir və səs çıxarır. Ona xətt izlədə, qələmini istifadə edərək şəkillər çəkdirə və istəsəniz ona mahnı oxuda bilərsiniz.
Komanda Qülləsi
Yazdığınız kodları görüntü analizi vasitəsilə tanıyaraq, MatataBot-a hara getməli olduğunu deyir.
Nəzarət Kartı
Kod bloklarını nəzarət kartının üzərinə yerləşdirərək MatataBotu hərəkət etdirə bilərsiniz. Blokları yerləşdirin və "Play" düyməsinə basın. Yazdığınız kod MatataBot-u işə salacaq.
Kod Blokları
Fiziki kod blokları, kodlama tətbiqlərinə görə daha anlaşıqlı şəkildə toxunaraq kod yazmanıza imkan verir. Fiziki mühitdəki kod blokları öyrənməni əyləncəli və praktik bir prosesə çevirir.
Xəritə və Tapşırıq Kitabçaları
MatataBot ilə xəritə üzərində bir səyahətə çıxın. Tapşırıq kitabçaları xəritə üzərindəki misiyaları başa düşməyə kömək edir.
Dəstin daxilində olan komponentlərin sayı seçdiyiniz dəstə görə dəyişəcəkdir. Bu səbəbdən ehtiyacınıza uyğun dəsti seçməyinizi tövsiyyə edirik.