Cəfər Cabbarlı 46, Deluxe Plaza

Müasir dünyanın yeni sahələrindən biri olan 3D dizaynın Tinkercad platforması ilə tədrisini həyata keçirəcəyimiz kursa 3D modelləşdirmə sahəsində marağı olan hər kəs qoşula bilər. 7 dərslik kurs ərzində Tinkercad proqramını interfeysindən başlamaqla  mürəkkəb funksiyalara qədər öyrənib, 3D modellər yaratmağı öyrənəcik.

Bütün dərsləri izləməklə 3 ölçülü modelləşdirmənin əsas prinsiplərini öyrənib, özünüz 3D modellər yarada və bu modelləri çap edərək real həyatda istifadə edə biləcəksiniz. 

Kurs ödənişsizdir

Kurs 3D dizayna yeni başlayan müəllimlər, şagirdlər və 3D dizayn həvəskarları üçün nəzərdə tutulmuşdur.

Onlayn formada 7 video dərs, tapşırıqlar və sertifikat imtahanından ibarətdir.

Kursu uğurla tamamlamaq və sertifikat əldə etmək üçün verilən dərsləri diqqətlə dinləyin, tapşırıqları yerinə yetirməyə çalışın və imtahanda 15 sualdan ən azı 9 sualı düzgün cavablandırmağınız tələb olunur. 

Sertifikat sizin elektron poçtunuza göndəriləcəkdir. Dərslər zamanı hər hansısa sualınız yaransa videonun altında müəllimə sual ünvanlaya bilərsiz.



Giriş

Kursun ilk dərsində 3D Dizayn haqqında ümumi məlumat əldə edərək, müasir 3D modelləşdirmənin müxtəlif sahələrdə tətbiq olunması ilə tanış olacaqsınız.



Dərs 1
Bu video dərsdə Tinkercad platformasında qeydiyyat keçməyi və proqramın interfeysi haqqında məlumat əldə edirik.



Dərs 2
Bu video dərsdə Tinkercad programında fiqurlarla işləməyi, fiqurları hərəkət etdirməyi, rənglərini və ölçülərini dəyişməyi öyrənəcəyik.



Dərs 3
Bu video dərsdə Tinkercad proqramındakı fiqurları qruplaşdırmağı və nizamlamağı öyrənəcəyik.




Dərs 4
Bu video dərsdə Tinkercad proqramında köməkçi iş sahəsi yaratmağı və xətkeş funksiyası ilə fiqurlar arasındakı məsafələri ölçməyi öyrənəcəyik.




Dərs 5
Bu video dərsdə Tinkercad platformasında fiqurları təkrarlayaraq düzxətli və çevrə formalı naxışlar yaratmağı və fiqurları doğramağı öyrənəcəyik.



Dərs 6

Bu video dərsdə Tinkercad proqramında mətn fiqurları ilə işləyərək 3 ölçülü mətnlər yaratmağı və öncədən kompüterə yüklədiyimiz şəkilləri proqrama əlavə etməyin üsullarını göstərəcəm. Həmçinin 3D printer və Laser Cutting Maşını arasındakı fərqləri göstərib hər iki çap metodu üçün olan fayl formatlarını kompüterimizə endirəyi izah edəcəm.



Sertifikat üçün Onlayn imtahan

Kursu uğurla tamamlamaq və sertifikat qazanmaq üçün verilmiş onlayn imtahanda 15 sualdan ən azı 9- nu düzgün cavablandırmağınız tələb olunur. İmtahanı uğurla keçmək üçün dərsləri diqqətlə dinləyin. Sertifikat sizin elektron poçtunuza göndəriləcəkdir.
İmtahana daxil olmaq üçün link: https://forms.gle/9FUx7t1MYtcKuExR9



Dərslərin müəllifi: Ramin Sultanov, Bakı Oxford Beynəlxalq Məktəbində  Kompüter elmləri müəllimi

Hər hansısa bir problem yarandıqda bizimlə aşağıdakı qaydada əlaqə yarada bilərsiz:

Facebook:  @EdtechAzerbaijan

Instagram: @edtech.az

Elektron poçt: info@edtech.az

1