Cəfər Cabbarlı 46, Deluxe Plaza

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.”  Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi Facebook səhifəmizi bəyənməyə dəvət edirik: 

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan/


Elvin Əliyev
Rəqəmsal öyrənmə və İT koordinator
Email: aliyev1911@gmail.com
1