Bee-Bot, uşaqlar üçün xüsusi hazırlanmış maraqlı və rəngarəng robotdur. Bu uşaq dostu və maraqlı robot, alqoritmik düşüncə, problem həll etmə və məntiqi təfəkkürü inkişaf etdirmək üçün ideal bir alətdir! Xüsusi ilə bağça yaşlı və ibtidai sinif şagirdlərinə alqoritmin əsaslarını öyrətmək üçün mükəmməl alətdir.
Bee-Bot-un "Bax və de" xüsusiyyəti ona səs və hiss etmək xüsusiyyətləri əlavə edir. Nəticədə robot ona verdiyiniz komandaları İngilis dilində səsləndirə, qarşısındakı kartlara görə hərəkətini tənzimləyə bilir.
Bee-Botun maraqlı quruluşu və rəngarəng dizaynı uşaqları Bee-Botu işlətməyə cəlb edir. İstiqamət düymələri vasitəsilə 40 komandaya qədər daxil edə bilərlər ki, bu da Bee-Botu irəli, geriyə, sola və sağa doğru hərəkət etdirir. Yaşıl "Başla" düyməsini basmaqla robotu hərəkətə başlatmaq olar..Hər bir komandadan sonra Bee-Bot işıqlanır və siqnal verir ki, bu da uşaqlara hazırladıqları proqramı addım-addım izləmək imkanı verir. Proqram tamamlandıqdan sonra Bee-Bot işıqlardan və səslərdən istifadə edərək tamamlanmasını təsdiqləyir. Fərqli xəritələrdən istifadə etməklə müxtəlif növ tapşırıqlar qurmaq mümkündür. Əgər robotu və xəritələri virtual olaraq sınaqdan keçirmək istəyirsinizsə bu linkdən istifadə edə bilərsiz:
Link: https://beebot.terrapinlogo.com/
Robotun üzərindəki düymələr və onların mənasını aşağıda təqdim edirik:
Düymə | Təyinatı |
| Robotu fərqli istiqamətlərdə hərəkət etdirmək, döndərmək üçün istifadə edilir. |
Bee-Botu iki saniyə müddətində dayandırır. | |
Yenidən başlayın və yeni bir proqram yaradın. | |
Bee-Botu başlatmaq və komandaların addım-addım icrasını izləmək | |
Proqramın icrasını dayandırır | |
Bee-Botu orijinal başlama mövqeyinə gətirir. |