Bu yazımızda sizləri 2 yeni Artırılmış Reallıq nümunəsi ilə tanış etmək istərdik. Təqdim edəcəyimiz tətbiqetmələr daha çox hekayə qurmaq, söyləmək və hekayələri canlandırmaq üçün istifadə olunur. Artırılmış Reallıq tətbqetmələri ilə hekayə qurmaq və danışmaq hekayə danışmanın yeni bir növüdür. Bu zaman şagirdlər personajlarla mühitlə əlaqədə olmaq imkanı qazanır, öz yaradıclıqların fərqli bir yolla təqdim etməyə çalışırlar. Bu şagirdləri hekayə oxumaqa və danışmağa daha da motivasiya edir, onları yeni hekayələr oxumağa, danışmağa, başqaları ilə paylaşmağa və ən əsası öz hekayələrini yazmağa həvəsləndirir.
Yopuppet
YoPuppet istədiyiniz yerdə virtual əl kuklaları canlandırır. İstənilən yerdə vəzaman öz kukla nümayişlərinizi yaradıb, yaddaşda saxlayıb, paylaşa bilirsiniz. Proqrama mütəmadi olaraq yeni imkanlar və kuklalar əlavə olunur. Bunun üçün verilmiş linkdən tətbiqetməni yükləyirsiniz və istədiyiniz əl kuklasını seçirsiniz. Arxa fon və digər seçimləri etdikdən sonra əlinizi kameraya tanıdırsınız. Record düyməsinə klikləməklə səsinizi və hərəhətlərinizi qeyd edib yaddaşda saxlaya bilirsiniz. Proqram eyni zamanda səsi dəyişməyə də imkan verir.
Link:https://apps.apple.com/us/app/yopuppet-ar-hand-puppet-show/id1464054860
3DBear
3D dizayn, heakəyə qurma və danışma, yaradıcılıq işlərində istifadə edə biləcəyiniz tətbiqetmə şagirdlər üçün geniş yaradıcılıq imkanları təqdim edir və müxtəlif fənnlərdə istifadə etmək mümkündür. Daxilində müxtəlif kateqriyalar üzrə hazır elementlər verilib. Bu elementlər vasitəsi ilə səhnə canlandırılır və şəkillər formasında yaddaşda saxlanılır. Proqramın daxilində müəllimlər və şagirdlər üçün müxtəlif dərs proqramları və fəaliyyətlər təqdim olunur.
Link: https://apps.apple.com/fi/app/3dbear/id1234975406#?platform=ipad
Elvin Əliyev Rəqəmsal öyrənmə və İT koordinator Email: aliyev1911@gmail.com |