Cəfər Cabbarlı 46, Deluxe Plaza

Uşaqlar üçün proqramlaşdırma və robototexnika mövzusunda olan növbəti yazımızda sizləri Fırça robotun hazırlanması qaydası ilə tanış edəcəyik. 

Fırça Robot  hamı üçün əlçatan materiallardan düzəldə biləcəyiniz sadə, əyləncəli bir robot növüdür. Bu robotu qurmaq asandır və robotların hazırlanması ilə bağlı təcrübənizin olmasına ehtiyacınız yoxdur. Onları özünüz düzəldə bilərsiniz, bir dostunuzla birlikdə iki robot qurub bir-birinizlə yarışa bilərsiniz və ya onlara sumo güləşi edə bilərsiniz! Bir Fırça robot qurmaq üçün hansı hissələrə ehtiyacınız olduğunu görmək üçün materiallar nəzərdən keçirək və necə qurulacağına dair addım-addım təlimatla tanış olaq:

 Matreallar:  

AA batareyaları (2)

Batareya yuvası

3 volt DC mühərrik

Fırça

İki tərəfi yapışqan lent

İstəyə görə: İsti yapışqan tapança (böyüklərin nəzarəti tələb olunur)

Lent (hər növ işləyəcək)

Tıxac-mantar və ya milin ucuna birləşdirməyə hər hansısa başqa obyekt

Qayçı

İstəyinizdən aslı olaraq robotunuzu bəzəmək üçün materiallardan (hərəkət edən gözlər, boru təmizləyiciləri və s.) istifadə edə bilərsiz

Fırça robotu necə hazırlamalı?

İlk növbədə batareya yuvasını götürüb,daxilinə 3 voltluq batareyalarımızı yerləşdirək. Batareyaları yerləşdirən zaman mənfi və müsbət ucları düzgün yerləşdirdiyinizdən əmin olun. Daha sonra tıxacı ( və ya sizin seçdiyiniz əşyanı)  götürüb, DC motorun uc hissəsinə birləşdirin. Nəzərə alin ki, DC motorun ucu tıxacın mərkəzində olmalı deyil. Burada tıxac əvəzinə başqa bir materialdan da istifadə etmək olar. İki-tərəfli yapışqan lentin bir tərəfini açıb, fırçanın üzərinə yapışdıraq. Digər tərəfini də açıb üzərinə batareya yuvasını yerləşdirək. İkinci bir yapışqan lenti götürək və eyni qayda ilə ucuna tıxac yerləşdirilmiş DC matorunu fırça üzərinə yerləşdirək. Motoru işə saldıqda fırça robotumuz hərəkət etməyə başlayacaqdır.

 Robotu işə saldıqda nə baş verir? 

DC matoru işə saldıqda, motorun milinə keçirilmiş obyekt  robotun titrəməsinə və masanın üzərində hərəkət etməsinə səbəb olur. Bu motorun fırlanan milinə mərkəzindən kənar bir ağırlıq (tıxac) bağladığınıza görə baş verir. Tıxacı çıxarsaq, robot hərəkət etməyəcəkdir. Bu, video oyun pultları, elektrikli diş fırçaları və mobil telefonların titrəməsi üçün istifadə edilən konsepsiyadır. Onların da içərisində ağırlıqları olan az əyirici motorlar var!

Əgər robotu hazırlayıb sınaqdan keçirsəz görəcəksiz ki robotunuz düzxətt üzrə hərəkət etmir. Bunun səbəbi fırçanın hərəkətinin təsadüfi olmasıdır. Bu robotda necəhərəkət edəcəyini izah edən bir kompüter "beyni" yoxdur. İnkişaf etmiş robotlar  da maneyəyə dəyməmək üçün kompüter proqramlarından istifadə edirlər.

Ümid edirik ki, bu kiçik robot ilə tanışlıq sizin üçün maraqlı oldu. 


Bu kimi yazılardan xəbər tutmaq üçün bizi sosial şəbəkələrdə izləyin:

Contact: +994507160496

Facebook: @edtech.az

Instagram: @edtech.az

Email: info@edtech.az

Website: www.edtech.az

1