Cəfər Cabbarlı 46, Deluxe Plaza

Hörmətli proqramlaşdırma sevənlər!

Sizi **Eu Code Week 2024**-də iştirak etməyə dəvət edirik! Bu beynəlxalq təşəbbüsün əsas məqsədi proqramlaşdırma və rəqəmsal bacarıqların tədrisini təşviq etməkdir. əsinə olan marağını artırmaq və onların proqramlaşdırma bacarıqlarının inkişafına dəstək olmaqdır.  Ötən il dünyanın 79  fərqli ölkəsində 4 milyon şəxs tərəfindən qeyd edilən layihədə, uzun müddətdir ki, ölkəmizi könüllü müəllimlər təmsil edilir. Avropa Kod Həftəsi çərçivəsində keçirilən tədbirlər müəllimlər və şagirdlər üçün rəqəmsal bacarıqlar və proqramlaşdırma sahəsində yeni imkanlar yaradır. 

Bu bexynəlxalq təşəbbüsə necə qoşula bilərsiniz?

1. Tədbir təşkil edin: Öz məktəbinizdə və ya sinifinizdə proqramlaşdırma, robot texnikası, oyun dizaynı və ya digər rəqəmsal fəaliyyətlər üzrə seminarlar və dərslər təşkil edin.

2. Tədbirinizi qeydiyyatdan keçirin: Eu Code Week rəsmi saytında öz tədbirinizi və ya dərsinizi qeydiyyatdan keçirin. Bunun üçün tədbirin mövzusunu, tarixini və iştirakçı sayını qeyd etməlisiniz. Təmsil etdiyiniz məktəbi iştirakçılar xəritəsinə əlavə edin. 

3. İdeya tapın : Saytdakı resurslardan, təlim materiallarından və dərs planlarından istifadə edərək daha kreativ və maraqlı dərslər hazırlaya bilərsiniz.

4. İştirak edin və paylaşın: Tədbirinizi yerli icma, şagirdlər və digər müəllimlərlə paylaşın. Sosial mediada #CodeWeek və #EdtechAZ haştaqından istifadə edərək təcrübələrinizi bölüşün.

5. Sertifikat qazanın: Tədbiriniz başa çatdıqdan sonra hesabat formasını doldurun və şagirdləriniz üçün sertifikat qazanın. 

Müəllimlər üçün xüsusi olaraq hazırlanmış materiallar, təlimatlar və tədris resursları ilə **Eu Code Week** sizin və şagirdləriniz üçün proqramlaşdırma sahəsində unikal təcrübə təmin edəcək.

İştirak etməklə siz də bu böyük proqramlaşdırma hərəkatın bir hissəsi olun və texnologiya sahəsində gələcək nəsilləri proqramlaşdırma , robototexnika kimi sahələrə həvəsləndirin!

Tarix: 7-22 Oktyabr 2024

Daha ətraflı məlumat və qeydiyyat üçün: www.codeweek.eu

Hər il olduğu kimi, bu ildə proqramlaşdırma mentorlarımızla tədbirin planlaşdırılması üçün sizə dəstək olmağa hazırıq. Sizi maraqlandıran suallar və dəstək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Hər birinizə uğurlar arzulayırıq və Eu Code Week 2024-də görüşməyi səbirsizliklə gözləyirik! 

1