eTwinning nədir?
eTwinning, Avropadakı məktəblər üçün yaradılan bir cəmiyyətdir.
eTwinning, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, layihələr hazırlamaq, paylaşmaq; Bir sözlə, Avropa ölkələrindəki iştirakçı məktəblərdən birində işləyən işçilər üçün (müəllimlər, direktorlar, kitabxanaçılar və s.) Avropanın ən həyəcan verici öyrənmə birliyinin hiss etmələri və iştirak etmələri üçün bir platform təmin edir.
Bir eTwinning layihəsi iki və ya daha çox Avropa Birliyi məktəbi arasında əvvəlcədən müəyyən edilmiş bir mövzuda bir layihə ortaqlığıdır.
Bu platformda müəllimlər şagirdləri ilə bərabər layihələrdə iştirak edirlər. Layihələrin çoxu şagird mərkəzli olur. Bu, eTwinning-də ən çox yayılmış layihə növüdür. Fərqli məktəblərdən olan iki müəllim, tədris proqramının müəyyən aspektlərini inkişaf etdirmək üçün birlikdə bir layihə etməyə qərar verirlər. Bu qrupda, hər məktəbdən fərqli müəllimlər tərəfindən fənlərarası məzmuna aid layihələri və eyni fənn müəllimləri tərəfindən eyni məktəbdən fərqli şagird qrupları ilə hazırlanan layihələri tapa bilərik.
İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) bir rabitə cihazı və tətbiqetmə (məsələn, kompüter, şəbəkə təchizatı və proqram təminatı, peyk sistemləri, radio, televiziya və mobil telefonlar) və əlaqədar xidmətlər və digər tətbiqetmələri (məsələn, video konfrans və məsafədən təhsil) əhatə edir. eTwinning tədqiqatları internet və digər informasiya texnologiyalarından (İT) istifadə edərək əməkdaşlıq və birgə fəaliyyət şəklində aparılır. Bu səbəbdən eTwinning, təhlükəsiz və faydalı olan bütün İT alətlərinin istifadəsini təşviq edir.
eTwinning layihəsi necə planlaşdırılır?
eTwinning layihəsi planlaşdırmaq üçün aşağıdakı amilləri nəzərə almaq lazımdır:
Layihə ideyası olmalıdır;
Layihənin adı özündə bir çox məlumatı birləşdirməlidir;
Layihə mövzusu və tapşırıqları tədris proqramına uyğun olmalıdır;
Layihədə iştirak edən şagirdlərin yaş aralığı nəzərə alınmalıdır;
Qarşıya qoyulacaq hədəflər əvvəlcədən müəyyən olunmalıdır;
Hədəfləri həyata keçirmək üçün müavifiq tapşırıqlar hazırlanmalıdır;
Gözlənilən nəticələr (yəni layihə sonunda şagird qazanımları) ;
Layihə tapşırıqlarında istifadə edə biləcəyiniz web 2.0 alətləri;
Layihə planınız.
eTwinning layihələrinin şagirdlərə qazandırdıqları
Tədris proqramı çərçivəsində dram, musiqi, yaradıcı yazı, uşaq oyunları, zəka oyunları, kodlaşdırma mozaikası, sənət kimi bir çox başqa fəaliyyətləri özündə birləşdirən eTwinning layihələri şagirdləri sosial, mədəni və fiziki cəhətdən inkişaf etdirməyi, dövrün və gələcəyin bacarıqları ilə təchiz olunmuş avadanlıqdan və bu avadanlıqdan bəşəriyyətin xeyrinə istifadə edə bilən, elm, mədəniyyət ilə maraqlanan və həssas duyğulu insanlar kimi yetişdirməyi hədəfləyir:
XXI əsr bacarıqlarını aşılayır və bu bacarıqların vəhdətinə nail olur;
Öyrənməyi vərdiş halına gətirir;
Yaradıcı düşüncə bacarıqlarını genişləndirir;
Şəxsiyyət kimi formalaşmalarına dəstək olur;
Bilik, bacarıq və vərdişləri aktiv olaraq qazandırır;
İKT bacarıqlarının yaranmasına çalışır;
İstedadlarını kəşf edir və inkişaf etdirir;
Ünsiyyət və əməkdaşlıq bacarıqlarını qazandırır;
STEM və STEAM şagirdi olmağı aşılayır;
Dərslərə maraqlarının artması üçün motivə edir; və s.
Layihələrin sonunda davranış dəyişikliklərinin daimi nəticələri olur və şagirdlər özlərini daha yaxşı ifadə edə bilirlər, özünəinamları artır. Yaradıcı düşünməyə başlayırlar. Dünyagörüşləri zənginləşir. Yeni dostlar qazanmaqla xəyallarını təcəssüm etdirə biləcəkləri mühit yaradırlar. Bir çox elm sahəsi haqqında kifayət qədər məlumatlı olurlar. İKT biliklərinə yiyələnirlər və bir çox web 2.0 alətinin istifadəsini bilirlər.
eTwinning layihələrinin müəllimlər tərəfindən istifadə qaydaları haqqında çəkdiyim videolar:
Twinspace əsas səhifəsinə kollajların yerləşdirilməsi
Layihə tapşırıqlarının yerinə yetirilməsi və twinspace səhifəsində yerləşdirilməsi qaydası
Forum bölməsinə şagirdlər şəkli necə yükləməlidir?
eTwinning layihələrində şagird dəvət edilməsi
Tvinboarda şəkil yükləmə
Twinboarda video yükləmə
Bundan əlavə youtube kanalımda eTwinning layihələrində yerinə yetirdiyimiz tapşırıqların da videolarına baxa bilərsiniz.
https://youtube.com/channel/UCbWpJtSwIP-HDktM2m272Bw
Aynurə Əhədova Neftçala şəhər Elton Həbibov adına 4 N-li tam orta məktəb/ İbtidai sinif müəllimi, TİPİM-nin təlimçisi və mentoru, Neftçala rayonu üzrə Təhsil Meneceri, Virtual Menecer, STEAM müəllimi,Avropa keyfiyyət nişanı alan eTwinning müəllimi Email: ehedova.1982@gmail.com |