MÜSABİQƏ!
Book Creator proqramı yaradıcı müəllimlər və şagirdlər üçün dünya miqyasında qlobal müsabiqə elan edir.
“Yaradıcılıq bacarığınız göstərməyə hazırsınız? Məktəblər üçün möhtəşəm hədiyyələr təklif etdiyimiz yeni bir müsabiqəyə başlayırıq. Yeni tədris ilinə birlikdə başlayaq və şagirdlərin nəyə qadir olduğunu göstərək!”
Mükafatlar:
5 ədəd Acer Chromebook
İSTE Beynəlxalq konfransına Book Creator tərəfindən ödənişsiz qeydiyyat
1000 premenium hesab
Elektron kitablarınızın Book Creator tərəfindən ödənişsiz çap edilməsi
Book Creatora aid köynək, fincan və s
Müsabiqənin mövzusu: Daha Yaxşı Gələcək !
Günümüzdə dünyanın hansı problemləri var? Onlara necə edə bilərik? Gələcək necə olacaq? Dünyanı hamı üçün daha yaxşı edə bilərik?
İqlim dəyişikliklərini, bərpaolunan enerji mənbələrini, robotların dünyanı necə dəyişəcəyini, təhsil, səhiyyə kimi sahələrdən birini mövzu kimi götürüb tədqiqat aparıb, tədqiqatın yekun məhsulu ilə müsabiqəyə qoşulmaq olar. BMT -nin 17 Davamlı İnkişaf Məqsədlərinən də müsabiqəyə hazırlaşmaq üçün ideya seçə bilərsiniz. Seçdiyiniz mövzunun nə olmasından aslı olmayaraq seçdiyiniz mövzu şagirdlər üçün möhtəşəm öyrənmə imkanları və fantastik kitablar hazırlamağa imkan yaratmalıdır.
Müsabiqə haqqında
Müsabiqə 4-11 və 12-18 yaş kimi iki kateqoriya üzrə keçirilir və hər kateqoriyadan qaliblər müəyyən ediləcəkdir. Dünyanın istənilən yerindən müsabiqəyə qoşulmaq olar. Yaradıcılığınız göstərə biləcəyiniz Book Creatorda hazırlanmış istənilən məhsulla: kitab, poster, komiks və s. ilə müsabiqəyə qoşula bilərsiniz.
Qiymətləndirmə və şərtlər:
Müsabiqəyə təqdim olunmuş işlər Book Creator Qlobal səfirləri tərəfindən aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir:
Fikir / konsepsiya. Kitabınız nə qədər orijinaldır? Başqalarından fərqlənməyə imkan verən fikirlər təqdim edirmi?
Dizayn. Layihəni hazırlayan zaman, nə qədər yaradıcı olmusunuz? Şrift seçimi, rəng, multimediya istifadəsi ilə bağlı balanslı qərarlar vermisinizmi?
Komunikasiya. Kitabınızdakı fikirləri və personajları açıq şəkildə izah etdinizmi? Biz kitabınızı canlandıran yaxşı seçilmiş sözlər, nitq, illüstrasiyalar və videolara önəm veririk
Kitabınızı hazırlayan zaman Book Creator proqramının mümkün qədər çox funksiyasından istifadə etməyə çalışın
Kitab ən azı 3, ən çoxu 11 səhifədən ibarət olmalıdır. Sonuncu səhifədə müəllif haqqında məlumat qeyd olunamlıdır. Müəllif haqqında səhifə 11 səhifə limitinə daxil deyil.
Bir məktəbdən ən çoxu 3 iş göndərmək olar. İşlər şagirdlər tərəfindən hazırlansa da, müəllim tərəfindən qeydiyyat olunmalıdır.
İşlərin qəbulunun son tarixi 10 yanvar, saat 12.00 -dur.
İşlərinizi bu form vasitəsi ilə göndərə bilərsiniz: link
Müsabiqənin rəsmi səhifəsi: https://bookcreator.com/competition/