Cəfər Cabbarlı 46, Deluxe Plaza

Arduino ağıllı sistemlər və layihələr  hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir.  Başqa sözlə desək, Arduino müxtəlif rəqəmsal qurğular, sistemlər yarada biləcəyimiz bir vasitədir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər. 

Arduino mikrokontrolleri üzərində 20 ədəd giriş çıxış pini yerləşir. Bu pinlərdən 6 ədədi A0-A1 analoq pin, 14 ədəd isə rəqəmsal informasiya ilə işləyən pindir. Üzərində yerləşən ATMega 328 çipi proqramlaşdırılan çipdir. Bizim yazdığımız proqram bu çip vasitəsi ilə icra edilir. Bundan başqa üzərinə Güc girişləri, USB giriş və s kimi digər girişlərdə mövcuddur.  Daha ətraflı məlumat almaq üçün verilmiş qrafiki nəzərdən keçirin. 


Proqramlaşdırılması 

Arduino qurğusunu C++ proqramlaşdırılma dilindən və ya blok əsaslı platformalardan istifadə edilə bilər.  Proqram hazırlandıqdan sonra Arduino karta yüklənir. Əgər enerji mənbəyi kənardan təmin edilərsə bu halda kompüter ilə əlaqə olmadan belə Arduino daxilində göndərilmiş kodu icra edə bilir.

Açıq mənbəli platformadır

Arduino açıq kodlu platformadır. Bu səbəbdən fərqli sensorlarla asanlıqla işləyir. Eyni zamanda siz müxtəlif komponentlərdən istifadə etməklə öz Arduino kartınızı belə dizayn edib, layihələrinizdə istifadə edə  bilərsiniz.

Arduino növləri

Arduinonun müxtəlif növləri vardır: Arduino Nano, Arduino Mega, Arduino Yun, Arduino Esplora, Arduino Leonardo, Arduino Due. Hazırlayacağınız layihənin ehtiyacına uyğun olaraq fərqli növ Arduino kartından istifadə edə bilərsiz.

Arduino ilə hazırlaya biləcəyiniz layihələr

Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır. Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən bəzilərini sizlərə təqdim etmək istərdik:

Bu yuxarıda qeyd olunanlar Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən sadəcə çox cüzi bir hissəsidir. 


Arduino ilə öz layihələrimi hazırlamağa necə başlaya bilərəm?


İlk layihənizə başlamaq üçün Arduino və komponentlərindən ibarət set əldə etməlisiniz. Bu səbəbdən sizlər üçün hazırladığımız EdTech Azərbaycan BaşlanğıcEdTech Azərbaycan Pro Arduino dəstlərini nəzərdən keçirə bilərsiz. 

Növbəti addımda proqram təminatının kompüterinizə quraşdırın:  https://www.arduino.cc/en/software

Proqramı kompüterinizə quraşdıran  zaman əmin olun ki, qurğunun istifadəsi üçün tələb olunan Arduino driver də kompüterinizə quraşdırılmışdır.

 Arduino mikrokontrollerini proqramlaşdırmazdan öncə qurğunun board növünü və qoşulduğu sportu proqram təminatında göstərməlisiz.

Əgər Blok əsaslı bir platfroma ilə başlamaq istəyirsinizsə bu zaman MakeBlock 5 proqramından istifadə edə bilərsiz.  

Proqram təminatını quraşdırdıqdan sonra File-examples bölməsindən nümunə bir proqram açıb proqram quruluşunu nəzərdən keçirə bilərsiz. 


Arduino ilə bağlı ilk yazımızdan ümid edirik ki, məmnun qaldız. Bundan sonra fərqli Arduino layihələrinin qurulması ilə bağlı səhifəmizdə yazılar paylaşmağa davam edəcəyik. Bu səbəbdən bizləri sosial mediada izləməyi unutmayın. 


Bizimlə Əlaqə

Contact: +994507160496

Facebook: https://www.facebook.com/edtech.az

Instagram: https://www.instagram.com/edtech.az/

Youtube: https://www.youtube.com/c/EdTechAzerbaijan

Email: info@edtech.az

Website: www.edtech.az

Jafar Jabbarli 44, Yasamal, Baku, Azerbaijan AZ1073


1