Arduino Pro Set
Edtech Azərbaycan Ardunio setləri başlanğıc və professional olmaqla iki formda təqdim edilir. Setlərin fərqləndirən cəhər daxilindəki komponentlərin növü və sayıdır. Bu setlər proqramlaşdırma, STEAM, robototexnika, maker dərslərində və fəaliyyətlərində istifadə edilir. Setlərin tərkibi haqqqında məlumat verməzdən öncə, qısaca Arduino nədir və təhsil prosesində necə istifadə edilir? Onunla hansı layihələri həyata keçirə bilərik suallarına cavab tapmağa çalışaq.
Sifariş etEdtech Azərbaycan Ardunio setləri başlanğıc və professional olmaqla iki formda təqdim edilir. Setlərin fərqləndirən cəhər daxilindəki komponentlərin növü və sayıdır. Bu setlər proqramlaşdırma, STEAM, robototexnika, maker dərslərində və fəaliyyətlərində istifadə edilir. Setlərin tərkibi haqqqında məlumat verməzdən öncə, qısaca Arduino nədir və təhsil prosesində necə istifadə edilir? Onunla hansı layihələri həyata keçirə bilərik suallarına cavab tapmağa çalışaq.
Arduino ağıllı sistemlər və layihələr hazırlamaq üçün nəzərdə tutulmuş proqramlaşdırıla bilən mikrokontrollerdir. Arduinonu digər bənzər platformalardan fərqləndirən əsas xüsusiyyət onun əsasını təşkil edən komponentlərin və onunla birlikdə işləyən sensorların real həyatda tətbiqinin olmasıdır. Bu səbəbdən Arduino öyrənən şəxslər, şagirdlər və tələbələr əlavə bir qurğu, proqramlaşdırma dili öyrənmədən bir başa real həyatla bağlı layihələr üzərində çalışa bilirlər.
Arduino qurğusunu proqramlaşdırmaq üçün mətn tipli C++ proqramlaşdırma dili, istəsə də Scratch tipli fərqli blok əsaslı proqramlaşdırma alətləri vasitəsi ilə proqramlaşdırıla bilir. Mətn tipli proqramlaşdırma dili olan C++ mürəkkəb layihələr hazırlamağa imkan verərkən, MakeBlock 5 kimi Scratch tipli, blok əsaslı proqramlaşdırma proqramlaşdırmaya yeni başlayan şagirdlərin qurğudan istifadə etməsinə imkan yaradır. Eyni zamanda qurğu ilə layihələr hazırlamaq üçün Fizika, Kimya, Riyaziyyat və s kimi digər fənn sahələrindən biliklər tələb olunduğu üçün öyrənənin öz biliklərini real həyat vəziyyətlərinə tətbiq etməsinə imkan verir. Bu səbəbdən Arduino STEAM, Maker, Robototexnika, proqramlaşdırma layihələrinin əvəzolunmaz komponentidir.
Arduino ilə hazırlaya biləcəyiniz layihələr
Arduino ilə hazırlaya biləcəyiniz layihələrin sayı sizin təxəyyülünüz və biliklərnizlə məhdudlaşır. Günümüzdə tədrisdə istifadə olunan tədris robotlarının bir çoxu Arduino kart komponentinin üzərində qurulmuşdur. Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən bəzilərini sizlərə təqdim etmək istərdik:
İşıq, qaz, su, nəm, temperatur və digər sensorlarından istifadə etməklə “Ağıllı Ev”, “Ağıllı şəhər” və digər SMART tipli layihələrin hazırlanması
Ekrandan və digər informasiyanı xaric edən komponentlərdən istifadə olunması ilə fərqli ağıllı qurğuların hazırlanması
Uzaqdan idarə olunan maşınların və avtomatik idarə olunan qolların hazırlanması
Fərqli dizaynlı və məqsədə xidmət edən robotlar: xətt izləyən robotlar, labrint həll edən robotlar, yarış robotları və s
Oyun qurğuları və layihələri hazırlanması
Təhlükəsizlik sistemlərinin hazırlanması
Yaşıl enerji layihələri: Günəş, su külək enerjisi ilə çalışan maşınlar, enerji formaların dəyişməsi ilə bağlı digər layihələr və s
Kənd təsərüffatında istifadə edilən maşın və qurğular
Prosesin avtomatik idarə olunduğu digər avtomatlaşdırılmış sistemlər
Bu yuxarıda qeyd olunanlar Arduino ilə hazırlaya biləcəyiniz layihələrdən sadəcə çox cüzi bir hissəsidir.
Komponentin adı | Qısa təsvir | Şəkili |
Arduino Uno | Proqramlaşdırıla bilən mikrokontroller, digər komponentlərinin, sensorun və ümumi sistemin işini idarə edir. | |
Breadboard | Lehimləməyə ehtiyac olmadan sxemlərin sağlam bir şəkildə sınaqdan keçirilməsinə imkan verən bir vasitədir. | |
Birləşdirici naqillər | Birləşdirici naqillər, iki və daha çox komponent arasında əlaqə yaradır | |
3V LED | 3V gərginliklə çalışan LED işıqlar | |
RGB LED | Qırmızı, Mavi, Yaşıl rənglərin kombinasiyasından istifadə etməklə fərqli rənglərdə işıq saçan LED | |
0.2k Resistor | 0.2 k dəyərində müqavimət komponenti | |
1k resistor | 1 k dəyərində müqavimət komponenti | |
10k resistor | 10k dəyərində resistor | |
Düymə | Düymə operatorun yerinə yetirdiyi əməliyyatı -basmaq, döndərmək kimi təyin etmək və buna uyğun proqramın gedişatını dəyişmək üçün istifadə edilən komponentlərdir. | |
LDR resistor | İşıqdan asılı rezistor olan LDR foto rezistor da adlanır. Fotorezistorlar işığın intensivliyindən asılı olaraq müqavimətini dəyişən elektron komponentlərdir. | |
Buzzer | Buzzer elektrik siqnallarını səs siqanlına çevirmək üçün istifadə edilir | |
2N2222 transistor. | Tranzistor kiçik elektrik siqnallarını gücləndirmək və ya dəyişdirmək üçün istifadə edə biləcəyimiz yarımkeçirici dövrə elementidir | |
Potensiometer | Potensiometr rezistor növlərindən biridir. Potensiometrin əsas xüsusiyyəti onun idarə olunan müqavimət olmasıdır. | |
1 ədəd Display 7 Segment 4 bit | 7 Seqmentli display adlanan bu rəqəmsal qurğular geniş istifadə olunan elektron dövrə elementlərindəndir. Elementin strukturunda olan LED- lərin yanılı və ya sönülü halda olmasına görə üzərində fərqli növ informasiyanı əks etdirə bilir. | |
1 ədəd Kondensator | Kondensator elektrik enerjisini özündə saxlaya bilən dövrə elementidir. | |
1 ədəd Diod | Diod yalnız bir istiqamətdə cərərəyan keçirən dövrə elementidir. Bir istiqamətdəki müqavimətləri hiss olunmaz qədər kiçik, digər istiqamətdəki müqavimətləri isə çox böyükdür. Müqavimətin kiçik olduğu yerə düz istiqaməti, böyük olduğu istiqamətə əks istiqamət adlanır. Diod simvolu, cərəyan keçid istiqamətini göstərən bir ox şəklindədir. | |
Servo motor | Servo motor, mexanizmlərdə təqdim olunan bucaq və mövqeyə görə dönə bilən, sürət və sürətlənməsi tam idarə oluna bilən motor sistemidir. | |
DHT11 temperatur və nəm sensoru | DHT11 hərarət və nəm sensoru ,istilik və rütubəti ölçən bir sensordur. | |
4x Matrix. | 4*4 ölçülü düymələrdən ibarət idarəetmə komponenti | |
Joystic | Joystik modulu iki X və Y oxunda hərəkət edə bilən iki potensiometrə malik inteqrasiya olunmuş moduldur. Bu iki potensiometrin hərəkəti ilə hər iki 2 oxda bir hərəkət əldə edilir. Bu dəyişmə fərqli qurğuların işini idarə etməyə imkan verir | |
Relay module. | Relay modulu cərəyanın keçib-keçməməsinə qərar verərək açıla və ya söndürülə bilən elektriklə idarə olunan açardır. | |
Səs modulu. | Səs modulundan səs ilə bağlı fərqli layihələrin hazırlanmasında istifadə edilir | |
Step motor və kartı. | Step motor fırlanma hərəkəti ilə elektrik enerjisini fiziki enerjiyə çevirən elektromexaniki cihazlardır.Bu motorlar addım-addım hərəkət edən fırçasız DC motorlardır. Step motor kartları isə onların idarə olunması üçün istifadə edilir. | |
8x8 Matrix LED. | 8*8 ölçülü LED lərdəİRn ibarət xüsusi komponent, informasını əks etdirmək, vizuallıq üçün istifadə edilir | |
Arduino Realtime saat modulu. | Real Time modulu - real zaman modul sayəsində saat məlumatlarını anında və davamlı oxumaq mümkündür. | |
RF qəbul edici və kart. | RF qəbul edici və kart müəyyən edilmiş məsafə daxilində və miqdarda informasiyanın ötürülməsi və qəbul edilməsi üçün istifafə edilir. | |
1 ədəd İR sender və receiver. | Məlumatı ötürən və qəbul edən idarə edici. Asanlıqla inteqrasiya olunması və funksiyanallığına görə Arduino layihələrində tez-tez istifadə edilir. | |
LCD (16x2) ekran | Layihələrdə ekran kimi istifadə edilən bu qurğu kiçik maye kristal nöqtələrin matrisidir. Bu nöqtələrlə ekranda göstərilən rəqəmlər və hərflər əmələ gəlir. |