Cəfər Cabbarlı 46, Deluxe Plaza

Edtech Azərbaycan komandası tərəfindən yeni tədris ilinə hazırlıq işləri çərçivəsində 132-34 nömrəli məktəbin İB bölməsinin müəllimlərinə Google alətlərindən təhsil prosesinə inteqrasiyası mövzusunda peşəkar inkişaf təlimləri keçirilmişdir. Təlim zamanı müəllimlər onlayn və üzbəüz dərslərdə istifadə edə biləcəkləri müxtəlif resurslar və alətlərlə tanış olmuş, bu alətlərin dərslərdə istifadə və inteqrasiyası imkanlarını nəzərdən keçirmişdirlər. Google dünyanın təhsil üzrə ən böyük rəqəmsal xidmətlər təmatçısı kimi öyrənən və öyrədənə müxtəlif imkanlar təqdim edir. Bu resursların tədris prosesinə inteqrasiyası onlayn təhsilin keyfiyyətini artırması ilə yanaşı, şagirdlərə yaradıclıq, əməkdaşlıq, tənqidi təfəkkür, problem- həll etmə kimi mühüm 21 əsr bacarıqlarının inkişafı üçün rəqəmsal öyrənmə mühiti təqdim edir. 
#edtechazerbaijan #edtechaz #google #googleforeducation #təhsil #təlim #müəllim #inteqrasiya #texnologiya #ict 


#edtechazerbaijan #edtechaz #google #googleforeducation #təhsil #təlim #müəllim #inteqrasiya #texnologiya #ict
1