Rəqəmsal xidmətlər
EdTech Azərbaycan ölkəmizdə təhsil sahəsində fəaliyyət göstərən müəssisələrə və şəxslərə innovativ rəqəmsal həllər təklif edir. Günümüzün texnologiyasının təhsildə ən son yeniliklərindən faydalanmaq üçün bizə müraciət edin
Edtech Təlimləri
Müasir dövrdə texnologiya həyatımızın ayrılmaz bir hissəsidir. Texnologiya dərslərimizi şagirdlər üçün daha maraqlı, cəlb edici etdiyi kimi, müəllim üçün də şagirdlərdə 21 əsr bacarıqlarını formalaşdırmağa imkan yaradır. Texnologiyadan və rəqəmsal resurslardan istifadə edib, sinifində 21 əsr öyrənmə mühiti yaratmağı hədəfləyən hər bir müəllimi EdTech Azərbaycan tərəfindən təşkil olunan təlimlərdə iştirak etməyə dəvət edirik.
Uşaqlar üçün Təhsil Robotu
Bütün yaş qruplarından olan uşaqlara xitab edən Q-Scout təhsil robotu ilə həm öyrənib həm də əylənəcəksiz! Bluetooth ilə əlaqə xüsusiyyəti sayəsində Planşet, telefon və ya kompüter vasitəsi ilə robotu idarə edə və proqramlaşdıra bilərsiniz. Robotu proqramlaşdırmaq üçün Scratch a bənzər sürüklə-burax blok tipli proqramlaşdırma mühitindən və ya Python, Javascript kimi peşəkar proqramlaşdırma dillərindən istifadə etmək olar.
CodeMino
CodeMino 5 fərqli oyundan, ümumilikdə 316 mərhələdən ibarətdir. Tapşırıqlar sadədən mürəkkəbə doğru irəliləyən formada qurulmuşdur. Resurs Oyunlaşdırma modeli ilə alqoritm qurma, proqramlaşdırma və oyun dizaynın əsas anlayışlarının öyrətməyə fokuslanmış, tam bir tədris planı təqdim edən təhsil platformasıdır.